Teylor Sviftin gey pərəstişkarlarına surprizi

Gey cütlük və onların qonaqları nişanları günü unudulmaz surprizlə qarşılaşıblar. Belə ki, onları ziyarətə milyonların sevimlisi Teylor Svift gəlib. Sən demə, Aleksandr Qoldşmit öz nişanlısı Ros Girard üçün bu surprizi hazırlayıbmış. Xoşəxtlikdən o mərasimdə iştirak edə bilməyənlər üçün həmin anlar lentlə alınıb.  


Teylor deyib ki, Aleksandr onunla əlaqə saxlayıb və King of My Heart mahnısının onlar üçün necə böyük məna daşıdığını izah edib.

‘Mən bir müddətlik turnemdən uzaqlaşmışam, ümid edirəm hər şey qaydasındadır. Bu sənin üçün Aleksdən gəlir. Oxumağına mən oxuyuram, amma mahnı Alexdən gəlir.’

Bundan sonra o, həmin serenadanı ifa edib.