17 May - IDAHOBIT tədbiri REAL TV-nin hədəfində
17 May - IDAHOBIT münasibətilə Nəfəs LGBTI Azərbaycan Alyansı və “Qıy vaar!” platforması “Dövlətlə üz-üzə: LGBTİ+ və polis bölmələri” adlı film nümayiş etdirib
20/May/23
1379
17 May - IDAHOBIT tədbiri REAL TV-nin hədəfində
17 May - Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya ilə Mübarizə Günü münasibətilə Nəfəs LGBTI Azərbaycan Alyansı və “Qıy vaar!” platforması “Dövlətlə üz-üzə: LGBTİ+ və polis bölmələri” adlı film nümayiş etdirib.
Tədbir barədə “Amerikanın səsi” media portalı xəbər yazısı dərc edib və filmin müəllifi Sevgi İsmayılbəylidən müsahibə alıb.
18 may tarixində hökumətə bağlı televiziya kanalı olan REAL TV sözügedən tədbir barədə “Amerikanın səsi”ndə gedən materialla bağlı çirkab kampaniyası aparıb. Belə ki, kanalın Facebook səhifəsində yayımlanan videoreportajda deyilib ki, “Amerikanın səsi” mediasına əsasən, “guya Azərbaycanda cinsi eyni olan bir neçə başın sancı çəkir”.
Reportajda həmçinin Qərb ölkələri hədəf göstərilib və LGBTQ+lar ailə dəyərlərinə zidd komponent kimi göstərilib.
“Əslində Qərbə gözəl məlumdur ki, Azərbaycan və onun kimi ölkələrdə ailə dəyərləri və institutu həssas nöqtədir, sarı simdir.” - bu cümlələr səsləndilərkən Azərbaycan ordusunun görüntüləri nümayiş olunub və LGBTQ+ haqlarına qarşı militarist sistemin təbliğatı aparılıb.
Reportajda o da iddia olunub ki, LGBTQ+ hüquqlarının qorunması Qərbin idarəsi altındadır və onların Azərbaycanla bağlı niyyətləri “mənfur və rəzildir”. Eləcə də deyilib ki, Qərb Azərbaycanda “milli prinsiplərin çürüməsini” şərt hesab edib.
Materialda həmçinin “Göy qurşağı rənglərinin arxasında qəssablar dayanır.” fikri səslənib.
Qeyd edək ki, bu, REAL TV-nin 17 mayla əlaqədar 2 gün ərzində yayımladığı 4-cü nifrət materialıdır.
Powered by Froala Editor