Aktyor Billi Porter “Oskar”ın təqdimatına donda gəldi
Amerika kinoaktyoru Billi Porter “Oskar” mükafatının illik təqdimat mərasiminə dəbdəbəli donda gəldi. Porter bunu birinci dəfə deyil ki, edir və bu üsulla LGBTKİA icmasına öz dəstəyini ifadə edir.
26/Feb/19
2871
Amerika kinoaktyoru Billi Porter “Oskar” mükafatının illik təqdimat mərasiminə dəbdəbəli donda gəldi. Porter bunu birinci dəfə deyil ki, edir və bu üsulla LGBTKİA-icmasına öz dəstəyini ifadə edir.
Aktyor üçün qara məxməri donu “Podium” layihəsinin ən gənc qalibi, dizayner Kristian Siriano tikmişdir. Porter öz obrazını belinə qədər qısaldılmış kişi pencəyini xatırladan qara bolero ilə tamamlayıb.
Xəbər verilir ki, 49 yaşlı Hollivud ulduzu mərasimdə öz həyat yoldaşı – Adam Porter-Smitlə iştirak edib.
Fevralın əvvəlində Billi Porter Amerika Kino Sənəti İnstitutundakı tədbirə Calvin Klein donunu geyinmişdi. O zaman o, öz obrazını “LGBTKİA+ icmadan olan marginallaşmış qardaş və bacılarına həsr etmişdi.”
Aktyor gender-flüid obrazın təşviqi ilə tanınır – bu obrazlarda eyni vaxtda həm kişi, həm də qadın geyimlərinin elementləri istifadə olunur. Eyni zamanda nyu-yorklu dizayner gender inklüzivliyini və geniş ölçülü cərgəni “öz brendinin DNT-nin bir hissəsinə çevirdi.”
Mənbə: parniplus.com