MİL Sosium X & Gender VI Təlim Proqramı
MİL Şəbəkəsi tərəfindən təqdim edilən MİL Sosium & Gender layihəsinin əsas məqsədi bu gün aktual olan vətəndaş cəmiyyəti və gender mövzularında cəmiyyəti maarifləndirməkdir.
26/Feb/19
3573
MİL Şəbəkəsi tərəfindən təqdim edilən MİL Sosium & Gender layihəsinin əsas məqsədi bu gün aktual olan vətəndaş cəmiyyəti və gender mövzularında cəmiyyəti maarifləndirmək və bu yolla Azərbaycan vətəndaş cəmiyyətinə töhfə verməkdir. Layihəyə qoşulmaqla siz vətəndaş cəmiyyəti və genderlə bağlı məlumat əldə edəcəksiniz, onların praktiki əhəmiyyətini anlamış olacaqsınız.
MİL Sosium X & Gender VI təlim proqramına 18-29 yaşlı gənclər müraciət edə bilərlər. İştirakçılar müraciət anketi və müsahibə vasitəsi ilə seçiləcəklər. Layihədə fəal iştirakçılar sertifikatla təltif olunacaq. MİL Sosium X & Gender VI təlim proqramında iştirak ödənişsizdir və hər kəsin iştirakına şərait yaratmaq üçün həftə sonları nəzərdə tutulmuşdur. Layihə 5 həftə müddətində həyata keçiriləcək.
Müraciət etmək üçün bu linkdən istifadə edə bilərsiz.
MİL Sosium X & Gender VI Müraciət üçün son tarix: 25 mart, 2019 saat 23:00
Təlim günləri: 6-7, 13-14, 20-21,27-28 aprel, 4-5 may (həftəsonları), 2019