LGBTQ+ icmasının sosial təminat hüquqsuzluğu - Səməd Rəhimli

Əkinçi platformasında “LGBTQ+ icmasının sosial təminat hüquqsuzluğu” adlı yeni videomühazirə yayımlanıb. Mühazirədə hüquqşünas Səməd Rəhimli LGBTQ+ icmasının sosial təminat çatışmazlığı ilə üzləşmə səbəblərindən, dövlətin bu problemin aradan qaldırılmasında öhdəliklərindən və bu istiqamətdə atılmalı olan ən vacib addımlardan danışıb. 

Əkinçi - müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə ediləməyən mövzular haqqında videomateriallar dərc edən yerli platformadır. Platformada bu günə qədər yayımlanan videolar təhsil, texnologiya, ictimai fəallıq, iqtisadiyyat, gender bərabərliyi, ətraf mühit, ifadə azadlığı, hüquq, demokratik inkişaf, mədəniyyət və digər mövzuları əhatə edib.



Powered by Froala Editor