İstanbul Trans Qürur Yürüşünə Müdaxilə
İstanbulda Trans Qürur Həftəsi tədbirləri zamanı Şişli və Beyoğlu rayonlarının müəyyən küçələrində toplaşan şəxslərə polisə müdaxilə edib
18/Jun/23
779
İstanbul Trans Qürur Yürüşünə Müdaxilə və Həbslər
İstanbulda Trans Qürur Həftəsi tədbirləri zamanı Şişli və Beyoğlu rayonlarının müəyyən küçələrində toplaşan şəxslərə polisə müdaxilə edib. Təşkilatçıların məlumatına görə, 8 nəfər saxlanılıb, saxlanılanlardan biri 18 yaşından kiçik olub. Azyaşlı qısa zamanda sərbəst buraxılıb.
İstanbul valisi Davud Gül bundan əvvəl Qürur Həftəsi yürüşlərinə "heç vaxt icazə verilməyəcəyini" bildirən bir mesaj verib. Taksim və Şişhane metro stansiyaları, həmçinin Taksim-Kabataş Funikulyor xətti səhər saatlarında bağlanıb.
Potensial yürüşlərin qarşısını almaq üçün Taksim meydanında barrikadalar qurulub. Harbiyedən Taksimə yürüş etməyə cəhd edən qrupa da müdaxilə edilib.
Powered by Froala Editor