Gürcüstanda 19 anti-LGBTİ+ qanun layihəsi təklif edilib
İyunun 4-də hakim “Gürcüstan Arzusu” partiyası LGBTİ+ icmasına qarşı qanunvericiliyə dəyişikliklər paketi – 19 qanun layihəsi təşəbbüsü ilə çıxış edib
05/Jun/24
1026
Gürcüstanda 19 anti-LGBTİ+ qanun layihəsi təklif edilib
İyunun 4-də hakim “Gürcüstan Arzusu” partiyası LGBTİ+ icmasına qarşı qanunvericiliyə dəyişikliklər paketi – 19 qanun layihəsi təşəbbüsü ilə çıxış edib.
Gürcüstanın hakim partiyası “Gürcüstan Arzusu” iyunun 4-də LGBTİ+ icmasına qarşı yönəlmiş geniş qanun dəyişiklikləri paketini təqdim etmək təşəbbüsü ilə çıxış edib. 19 qanundan ibarət yeni qanunvericilik paketi Rusiyanın LGBTİ+ əleyhinə qanunlarına oxşar müddəaları əks etdirir, onların Gürcüstanda qəbul edilməsi kuir icmasının həyatını xeyli çətinləşdirəcək. Bu barədə Tbilisi life xəbər verib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili qeyd edib ki, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” yeni qanunlar paketi nikah, övladlığa götürmə, keçid prosedurları ilə bağlı səkkiz əsas məsələni, həmçinin təhsil və mediada LGBTİ+ məzmununun qadağan edilməsini tənzimləyəcək. Xüsusilə, “eynicinsli nikahların və ya qohumluq əlaqələrinin populyarlaşdırılmasına” yönəlmiş toplantı və nümayişlərin qadağan edilməsi planlaşdırılır.
Bundan başqa, yeni qanunlar özəl və dövlət müəssisələrində əmək münasibətlərinə də aid olacaq, əmək müqavilələrində bioloji cinsin icbari göstərilməsini nəzərdə tutacaq. Həmçinin keçid əməliyyatı və hormon terapiyası da daxil olmaqla “digər tibbi prosedurlar” qadağan ediləcək.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin izahatına görə, kinoteatrlarda və televiziya proqramlarında intim LGBTİ+ səhnələri də kəsiləcək. Onun fikrincə, bu, “adi praktikadır”.
Powered by Froala Editor