Bakıda trans qadın işgəncə ilə öldürülüb

5 iyul tarixində Bakının Xocahəsən qəsəbəsində 1997-ci il təvəllüdlü trans qadın Sadıqova Hülyanın cəsədi tapılıb. Onun işgəncə ilə öldürüldüyü məlum olub. Bu haqda Hülyanın xalasıqızı icmaya məlumat verib. Qətl cəsədin tapılmasından 2-3 gün əvvəl baş verib. Həmin dövrdə Hülyanın dostları onun anası ilə əlaqə saxlayaraq Hülyanın yoxa çıxdığını və tapa bilmədiklərini xəbər veribmişlər. 

Qeyd edək ki, Azərbaycan artıq 9-cu ildir ki, LGBTQ+ hüquqlarının qorunması üzrə ILGA-Avropa təşkilatının Göy Qurşağı xəritəsində ən sonuncu - 49-cu yeri tutur. Ölkədə mütəmadi şəkildə LGBTQ+ icmasına qarşı zorakılıq və qətllər baş verir. 

Powered by Froala Editor