Azərbaycanda interseks uşağı əməliyyat ediblər
Azərbaycanda 13 yaşlı interseks uşağın üzərində genital əməliyyat həyata keçirilib
25/Jul/23
1192
Azərbaycanda interseks uşağı əməliyyat ediblər
Azərbaycanda 13 yaşlı interseks uşağın üzərində genital əməliyyat həyata keçirilib. Bu haqda sosial şəbəkələrdə videoməlumat paylaşılıb. Məlumatda deyilir ki, uşaq endokrinoloq və psixoloqların müayinəsindən keçib və onun “oğlan olmasına” qərar verilib.
Qeyd edək ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının broşuruna əsasən, “interseks - kişi və qadın bədəni haqqında binar qavrayış sisteminə daxil omayan cinsi xarakteristikalarla (o cümlədən, genital orqanlar, cinsi vəzilər və xromosom dəsti ilə) doğulmuş şəxsdir”.
Körpə, uşaq və yeniyetmə yaşlarında olan uşaqlar çox zaman tibbi zərurəti olmayan genital cərrahi əməliyyatlara məruz qalırlar. Bu müdaxilələr əsasən uşağı stereotipik gender təsəvvürlərinə daxil etmək məqsədilə onların valideynlərinin razılığı ilə baş verir, çünki azyaşlılar öz bədənləri barədə hüquqi olaraq bu barədə qərar vermək ixtiyarına sahib deyillər.
Bu cür praktikalar Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı və çoxlu sayda beynəlxalq təşkilatlar tərəfindən tənqidə məruz qalır. Belə ki, cərrahi müdaxilələr uşaqda psixoloji travmalara, sonsuzluğa, depressiyaya, ağrılara səbəb ola, onun gələcək seksual həyatına mənfi təsir edə bilər. Bu hal həm də onun fiziki və psixi toxunulmazlıq hüquqlarının pozulması deməkdir. Beynəlxalq təşkilatlar korrektəedici cinsi əməliyyatları intersekslərə qarşı qeyri-insani rəftar və işgəncələrə bərabər zorakılıq hesab edir.
Dünyanın bir sıra qabaqcıl ölkələrində intersekslərə qarşı ayrı-seçkiliyi qadağan edən və onların hüquqlarını qoruyan qanunlar qəbul edilmişdir.
Powered by Froala Editor