Gecən xeyrə qalsın, Qəzza

Müəllif: Hiba Abu Nada

Tərcümə: Vahid Əliyev

Qəzzanın gecəsi qaranlıqdır, raketlərin parıltısından başqa,

sakitdir, bomba səslərindən başqa,

qorxuludur, namazın rahatlığından başqa,

qaradır, şəhidlərin nurundan başqa.

Gecən xeyrə qalsın, Qəzza.





Powered by Froala Editor