Gender Əsaslı Psixoloji İş - Təlim
Inclusive Wellness Collective və Gender Resurs Mərkəzi birlikdə Gender Əsaslı Psixoloji İş proqramına müraciətləri açıq elan edib
30/Jul/23
2473
Gender Əsaslı Psixoloji İş - Təlim
Inclusive Wellness Collective və Gender Resurs Mərkəzi birlikdə Gender Əsaslı Psixoloji İş proqramına müraciətləri açıq elan edib.
Proqramın məqsədi LGBTQ+lar işləyə biləcək psixoloqların sayının artırılmasıdır.
Proqram 3 moduldan ibarətdir. Birinci modul Gender moduludur. Bu modulda gender kimlikləri, cinsi oriyentasiya, gender və cins fərqi, gender nəzəriyyələri, gender-sensitiv iş haqqında təlimlər keçiriləcək.
İkinci modul Peşəkar inkişaf moduludur. Bu modul psixoloqların LGBTQ+ şəxslərlə psixoloji işə dair məlumatlılığını və bacarıqlarını artırmaq yönümlü bir neçə təlimdən ibarət olacaq. Üçüncü modulda isə iştirakçılar arasından müsahibə ilə seçilmiş 5 psixoloq təcrübə keçəcək. Bütün təlimlər ekspertlər və peşəkar psixoloqlar tərəfindən keçiriləcək.
Təlimdə iştirak üçün kriteriya:
● 21-35 yaş
● Psixologiya təhsili
● LGBTQ+larla işləməkdə maraqlı
● Görüş və təlimlərdə davamlı iştirak
Təlimlər Azərbaycan dilində keçiriləcək və iştirak ödənişsizdir.
Bütün təlimlər Bakıda və həftəsonu keçiriləcəkdir.
Proqramın müddəti: 3 ay
Müraciət üçün son tarix: 25 avqust
Qeydiyyat formunu buradan əldə edə bilərsiniz.
Əlaqə üçün [email protected] adresinə yaza bilərsiniz.
Powered by Froala Editor