İraq "homoseksual" və "gender" sözlərini qadağan edir
İraq “homoseksuallıq” sözünən istifadə etməyi dayandırmağı və bunun əvəzinə yalnız “cinsi sapqınlıq” haqqında danışmağı əmr edib
18/Aug/23
961
İraq "homoseksual" və "gender" sözlərini qadağan edir
İraqın Media və Kommunikasiya Komissiyası (CMC) KİV və sosial media platformalarına yeni direktivlər verib, onlara LGBTQ+ları müzakirə edərkən “homoseksuallıq” sözünən istifadə etməyi dayandırmağı və bunun əvəzinə yalnız “cinsi sapqınlıq” haqqında danışmağı əmr edib.
CMC həmçinin “gender” sözünü qadağan edəcək və ölkədə lisenziyası olan bütün telefon və internet şirkətlərinə bu sözdən istifadə etməyi qadağan edəcək.
Rəsmilər bu addımın guya ictimai dəyərləri və ictimai asayişi qorumaq məqsədi daşıdığını iddia ediblər.
Planlaşdırılan qaydaların pozulmasına görə konkret cəzalar hələ dərc olunmayıb, lakin cəzaların cəriməni də əhatə edə biləcəyi gözlənilir.
İraq homoseksuallığı açıq şəkildə qadağan etməsə də, onun cinayət məcəlləsindəki ictimai qavrayış və əxlaq müddəaları LGBTQ+ların müntəzəm olaraq yerli və institusional olaraq hədəfə alındığı anlamına gəlir.
Powered by Froala Editor