Universal Dövri İcmal üçün Tövsiyələr
Universal Dövri İcmal üçün Tövsiyələr - Anonim Sorğu
18/Aug/23
1005
Universal Dövri İcmal üçün Tövsiyələr - Anonim Sorğu
Bu ilin Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarının monitorinqi üzrə ən mötəbər mexanizmlərindən biri olan Universal Dövri İcmal çərçivəsində Azərbaycanın 4-cü dövri qiymətləndirilməsi baş tutacaq.
İctimai vəkillik nöqteyi-nəzərindən, BMT-nin bu mexanizmi dünyanın hər bir yerində LGBTİ+lərə qarşı baş verən insan hüquqları pozuntularını göstərmək, baxışı keçirilən Üzv Dövlətdən hesabat tələb etmək və vəziyyəti yaxşılaşdırması üçün müvafiq tövsiyələr etmək kontekstində önəmli bir platformadır.
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2018-ci ildə olduğu kimi, bu dəfə də Universal Dövri İcmal prosesində iştirak etməyi, icma üçün mühüm məsələlər ətrafında ictimai vəkillik kampaniyası aparmağı hədəfləyir. Təşkilat icma ilə iş və vəkillik təcrübələrinə əsaslanaraq bir-biri ilə əlaqəli 7 istiqaməti əhatə edən 13 tövsiyə hazırlamışdır.
Nəfəs LGBTİ Azərbaycan Alyansı bu sorğu vasitəsi ilə çağırış edərək həmin tövsiyələrin hər birini ayrı-ayrılıqda az zəruridən çox zəruriyə olmaqla qiymətləndirməyinizi xahiş edir. Sorğunun sonunda respondentlər bu tövsiyələr arasında öz əksini tapmayan, amma ictimai vəkilliyinin aparılmasını zəruri bildikləri icma əhəmiyyətli digər məsələ(lər) ilə bağlı təklif(lər)i qeyd edə biləcəklər.
Sorğu anonimdir və onu buradan doldura bilərsiniz.
Powered by Froala Editor