Trans şəxslər potensial partnyorlarına trans olduqlarını deməlidirlərmi?

Qeyd: bu yazıda ǝsasǝn binar trans şǝxslǝrdǝn söhbǝt gedir.

Mǝn bu sualın mübahisǝyǝ çevrildiyini dǝfǝlǝrlǝ görürǝm vǝ insanların adǝtǝn çox fǝrqli fikirlǝri olur. Bu barǝdǝdanışmaq istǝyirǝm, çünki düşünürǝm ki, bu sual ǝtrafında gedǝn müzakirǝlǝr transfobiyanın kökünǝ gedib çıxır vǝǝksǝr insanların (hǝtta kuir insanların) transfobiyaya nǝ qǝdǝr göz yumduğunu, hǝtta normallaşdırdığını açıqgöstǝrir.

Əvvǝla, bu, tǝbii ki, trans şǝxsin özündǝn asılıdır. O partnyoruna, yaxud danışdığı şǝxsǝ trans olduğunu demǝkistǝyirmi? Bu, onu daha rahat hiss etdirǝcǝkmi? Çünki ǝgǝr şǝxs özü necǝ rahatdırsa, elǝ dǝ etmǝlidir.

Mǝnim müzakirǝm ǝslindǝ trans individualların nǝ etmǝli olduğundan çox, trans insanlardan nǝ gözlǝnilmǝli vǝ ya gözlǝnilmǝmǝli olduğu ilǝ bağlıdır. Trans insanın potensial partnyoruna ǝvvǝlcǝdǝn trans olduğunu bildirmǝkistǝmǝsinin bir çox sǝbǝbi ola bilǝr. Bunlardan biri bayaq qeyd etdiyim kimi, rahatlıqdır. Digǝr ǝsas sǝbǝb tǝhlükǝsizlikdir. Transfobiya son dǝrǝcǝ geniş yayıldığı üçün insanların bu cür mǝlumatlara reaksiyasını proqnozlaşdırmaq çǝtindir. Kimsǝ tanış olduğu şǝxsin trans olduğunu sonradan bilsǝ, hǝmin trans şǝxs zorakılığamǝruz qala bilǝr. Lakin bu zorakılıq, şübhǝsiz ki, mǝnfi reaksiyadır vǝ heç bir halda normallaşdırılmamalıdır. Tǝǝssüf ki, trans insanlar bu cür reaksiya gözlǝmǝli olurlar, sözün ǝsl mǝnasında hǝyati tǝhlükǝsizliklǝrini qorumaq üçünöncǝdǝn kaminq aut etmǝk mǝcburiyyǝti hiss edirlǝr.

Mǝn iddia edirǝm ki, ǝlaqǝnin ciddilik dǝrǝcǝsindǝn asılı olmayaraq trans şǝxslǝr bu mǝlumatı heç kǝsǝ açıqlamaqmǝcburiyyǝtindǝ qalmamalıdırlar.

İndi bu fikrin ǝleyhinǝ olan arqumentlǝri nǝzǝrdǝn keçirǝcǝyǝm vǝ niyǝ razılaşmadığımı izah etmǝyǝçalışacam.

1.  Bǝzi insanlar sadǝcǝ olaraq trans biri ilǝ romantik ǝlaqǝdǝ olmaq istǝmǝyǝ bilǝrlǝr. Bu, onların şǝxsiseçimi/meyarıdır vǝ biz buna hörmǝt etmǝliyik.

Mǝn bununla başladım, çünki ǝn qıcıq olduğum arqument budur. Bilmǝk istǝrdim, nǝ vaxtdan qǝrǝzlilik kriteriya hesabolunur. Transfobiya zövq mǝsǝlǝsi deyil. Bu qǝrǝzdir vǝ biz insanların qǝrǝzinǝ tabe olmaq mǝcburiyyǝtindǝ deyilik.

Hansı mǝnada trans şǝxslǝrlǝ ǝlaqǝ (romantik vǝ s.) qurmaq istǝmǝmǝk sadǝcǝ meyardır? Bu kriteriyanın sǝbǝbi nǝdir? Cinsiyyǝt orqanlarını nǝzǝrdǝ tutursunuz? Genitaliyaya gǝldikdǝ insanların hansısa orqanlara üstünlük vermǝsi anlaşılan ola bilǝr. Lakin mǝn inanmıram ki, trans fǝrdlǝrdǝ romantik ǝlaqǝ qurmaq istǝmǝyǝnlǝrin problemi mǝhzbudur. Çünki onlar kaminq aut etmǝyi ǝmǝliyyat keçirmiş trans şǝxslǝrdǝn dǝ gözlǝyirlǝr. İstǝyirlǝr ki, partnyorları ǝmǝliyyat keçiribsǝ belǝ, onların (trans fǝrdlǝrin cis partnyorlarının) istǝdiklǝri cinsiyyǝt orqanlarına sahibdirlərsə belǝ, yenǝ dǝ trans olduqlarını bildirsinlǝr. Bǝs onda fǝrq nǝdir?

Onları narahat edǝn trans kimliyin özüdür. Onda bu, transfobiya deyilsǝ, nǝdir?

"Mǝn transfobik deyilǝm, sadǝcǝ bir trans insanla görüşmǝk istǝmirǝm." Heç kim sǝni mǝcbur etmir. İstǝmirsinizsǝ, mǝcbur olmayacaqsınız. Amma bunun arxasındakı sǝbǝb nǝdir? Sizi nǝ narahat edir? Görüşdüyünüz şǝxsinxarakterini vǝ bǝdǝnini bǝyǝnirsinizsǝ. Əgǝr sizi narahat edǝn yeganǝ şey onların trans olmasıdırsa, butransfobiyadır.

2.  İnsanları sizinlǝ görüşmǝsi üçün aldadırsınız. Bunu gizlǝtmǝk fırıldaqdır.

Biz hamımız bilirik ki, cǝmiyyǝtin ǝksǝriyyǝti, kimsǝ ǝksini demǝsǝ, hamının hetero olduğunu zǝnn edir. Vǝ bizbununla razılaşmırıq, elǝ deyilmi? İnsanların seksuallığını tǝxmin etmǝmǝliyik. İnsanlar ǝksini deyǝnǝ qǝdǝravtomatik olaraq cishetero deyillǝr. Bunun “cis” hissǝsini niyǝ unuduruq? Niyǝ razılaşırıq ki, kiminsǝ hetero olduğunugüman etmǝk düzgün deyil, amma onun cisgender olduğunu güman etmǝk düzgündür?

Sadǝcǝ ǝtrafa baxanda gördüyünüz hǝr kǝsin cisgender olduğunu düşündüyünüzǝ görǝ insanlar sizǝ kaminq aut etmǝk mǝcburiyyǝtindǝdir? Siz (cis insanlara sǝslǝnirǝm) insanlara cis olduğunuzu bildirirsinizmi? Bu mǝlumatıpaylaşırsınız? Xeyr. Çünki bu, sizin kim olduğunuzdur, sizǝ mǝxsusdur. Niyǝ bunu bǝyan etmǝli olasınız ki? O zamanniyǝ trans insanlardan bunu gözlǝyirsiniz?

Əgǝr bu fikir sizi bu qǝdǝr narahat edirsǝ, transların sizǝ kimliklǝrini söylǝmǝsini gözlǝmǝk ǝvǝzinǝ, bǝlkǝ sadǝcǝ olaraq partnyorunuzdan cis olub-olmadığını soruşun. Mǝn hǝlǝ dǝ kiminsǝ bu mǝlumatı almaq haqqı olduğunudüşünmürǝm. Ancaq soruşsanız, ǝn azı öz qǝrǝzinizi boynunuza almış olacaqsınız vǝ başqalarının ona riayǝt etmǝsiüçün tǝzyiqi aradan götürǝcǝksiniz.

İnanın ki, siz transları istǝmirsinizsǝ, translar da sizi istǝmir. Kiminsǝ özlǝrinǝ xas mǝlumatı sizinlǝ bölüşmǝmǝsinǝyisǝ gizlǝtmǝk demǝk deyil.

Buna fırıldaq demǝk daha da transfobik olduğunuzu sübut edir. Çünki, demǝli, siz trans qadını ‘ǝsl‘ qadın, trans kişini ‘ǝsl‘ kişi hesab etmirsiniz ki, özünüzü aldadılmış sayırsınız.

3.  Bǝs o insanlar uşaq sahibi olmaq istǝyirlǝrsǝ?

Bunun trans olmaqla heç bir ǝlaqǝsi yoxdur. İndiki şǝraitdǝ (övladlıq, surroqat vǝ s.) hǝr kǝs uşaq sahibi ola bilǝr.Amma mǝn güman edirǝm ki, bioloji uşaqları nǝzǝrdǝ tutursunuz. Bu halda da bunun trans kimliklǝ bir yaxınlığıyoxdur.

(Hǝmçinin, trans insanların da bioloji uşaqları ola bilǝr, amma bu, başqa mǝsǝlǝdir.)

Partnyorunuz cisgender bir insan olsa belǝ, yenǝ dǝ sonsuz ola bilǝr. Vǝ ya sadǝcǝ uşaq istǝmirlǝr. Sonsuzolmağın vǝ ya uşaq sahibi olmaq istǝmǝmǝyin partnyorunuzun trans kimliyi ilǝ çox ǝlaqǝsi yoxdur. Əgǝr bu, sizin üçün belǝ böyük bir problemdirsǝ, sadǝcǝ bir gün bioloji uşaq sahibi olacağınıza ümid etdiyinizi söylǝyin. Əgǝrhǝmin şǝxs bunu etmǝyǝ qadir deyilsǝ (vǝ ya sadǝcǝ bunu etmǝk istǝmirsǝ) sizǝ xǝbǝr verǝ bilǝr. Bu, gǝlǝcǝkplanlardakı fǝrqdir. Trans olub-olmamasından asılı olmayaraq partnyorunuzla müzakirǝ etmǝli olduğunuz birməsələdir.

4.  Belǝliklǝ, siz razısınız ki, ǝgǝr onlar ǝmǝliyyat olunmayıbsa, o zaman tǝrǝfdaşlarına demǝlidirlǝr?

Düşünmürǝm ki, translar hansısa halda bunu demǝk mǝcburiyyǝtindǝ qalmalıdırlar. İstǝdiyiniz cinsiyyǝt orqanlarıolmasa belǝ. Çünki yenǝ dǝ niyǝ hǝmişǝ insanlara baxırıq vǝ onların şalvarında nǝ olduğunu bildiyimizi güman edirik?

Əgǝr sizi maraqlandıran bǝdǝn növünü açıq şǝkildǝ qeyd etmisinizsǝ, ehtimal ki, şǝxs onsuz da bu meyarlara uyğun gǝlmǝdiyini sizǝ bildirǝcǝk. Bǝs siz bunu demǝmisinizsǝ, sadǝcǝ bilmǝli olduqlarını güman edirsinizsǝ, niyǝ onların heç aydınlaşdırmadığınız bir seçimǝ cavab vermǝlǝrini gözlǝyirsiniz?

Bǝzi insanlar bununla hǝtta partnyorunun trans olduğunu öyrǝnǝrkǝn törǝtdiyi zorakılığa bǝraǝt qazandırır. İntimmünasibǝtǝ başlayarkǝn bǝyǝnmǝdiyiniz bir şey görsǝniz, sadǝcǝ çıxın gedin. Bu, sizǝ psixoloji vǝ ya fiziki olaraqkimǝsǝ zǝrǝr vermǝk haqqını vermir.

Trans insanlar sizin birtǝrǝfli mǝhdud dünyagörüşünüzǝ uyğun gǝlmǝk mǝcburiyyǝtindǝ deyillǝr. Sırf insanlar transşǝxslǝrin mövcudluğu haqqında unutduqları, mǝsǝlǝnin adı çǝkilmǝdikcǝ ağıllarına gǝlmǝdiklǝri üçün trans şǝxslǝr addım başı hǝr münasibǝtlǝrindǝ kaminq aut etmǝli deyillǝr. Yenǝ dǝ, tǝǝssüflǝr olsun ki, tǝhlükǝsizlik sǝbǝbindǝnbuna mǝcbur qalırlar.

 

Müəllif: Sam



Powered by Froala Editor