Queer Art Festival “imtiyazsız” Qrup Sərgisi

“Görünməzlik və Artığı”

İmtiyazsız kuir icmaların əksər hallarda sistemik ayrı-seçkiliyə mərzu qalması, müəyyən resurslara məhdud çıxışlarının olması və ümumən cəmiyyət tərəfindən “qəbul olunmamaları” həm onları sosial bərabərlik haqlarından məhrum edir, həm də öz kimliklərini anlamaqda çıxdıqları yolda əlavə çətinliklər yaradır. Layihənin subyekti Bakıdan olan trans qadın və seks işçisi Həyatdır. 

Azərbaycanda transların mediada məhdud təmsil olunması əsasən kuir mövzular ətrafında ictimai tabuların hələ də ölkədə davamlı olması ilə bağlıdır. Üstəlik, öz trans kimliyini ictimai formada onlayn paylaşmaq, trans qadınlar üçün ölkədə kifayət qədər riskli bir haldır.

Sənətkar öz yanaşmasında subyekt üzərində güclü və feminen imajlardan istifadə etməklə marjinallaşdırılmış kimliklərin Azərbaycan mediasında nadir hallarda təsvir olunan aspektini işıqlandırmaq istəyir: TRANS GÖRÜNÜRLÜYÜNÜ.

Sənətkar: Mehriban K.



Powered by Froala Editor