Papa Francis transların vəftiz oluna biləcəklərini təsdiqləyib
Papa Francis transların vəftiz oluna, xaç valideyni kimi davrana biləcəklərini təsdiqləyib
09/Nov/23
736
Papa Francis transların vəftiz oluna, xaç valideyni kimi davrana biləcəklərini təsdiqləyib
Papa Francis bəyan edib ki, translar vəftiz oluna və hər hansı digər yetkinlik yaşına çatmış şəxslərlə eyni şərtlər altında xaç valideyni və ya nikah şahidi kimi çıxış edə bilərlər.
Dubiaya (digər adı ilə Vatikandan aydınlıq tələbi) cavab verən pontifik təsdiqləyib ki, özünü trans kimi tanıdan yetkinlər, qalmaqala səbəb olmamaq şərti ilə yuxarıda göstərilən Katolik təcrübələrinin hamısında iştirak edə bilərlər.
Bundan əlavə, o qeyd edib ki, özünü trans kimi tanımağa başlayan uşaq və yeniyetmələr də “yaxşı hazırlanmış və istəkli” olduqları halda vəftiz oluna bilərlər.
Papa Francisin bu açıqlaması Braziliyanın Santo Amaro şəhərinin yepiskopu Xose Neqrinin Vatikana ünvanladığı bir sıra suallara cavab olub və o, suallarında “transseksual və homo-affektiv şəxslərin vəftiz və toy mərasimlərində mümkün iştirakına” əmin olmadığını bildirib.
Powered by Froala Editor