Transların Anım Həftəsinin ilk panel müzakirəsi
Nəfəs LGBTİ Azərbaycan Alyansı Transların Anım Həftəsinin ilk panel müzakirəsini uğurla bitirdiyini bildirib
12/Nov/23
894
Transların Anım Həftəsinin ilk panel müzakirəsi
Nəfəs LGBTİ Azərbaycan Alyansı Transların Anım Həftəsinin ilk panel müzakirəsini uğurla bitirdiyini bildirib.
11 noyabrda baş tutan görüşdə panelçilər Miray Dəniz, Aleks Şah, Ayxan Osmanlının iştirakı və Əli Məlikovun moderatorluğu ilə Nəfəs LGBTİ trans icmasının sosial-iqtisadi ayrıseçkilik təcrübələrindən, hüquqi müdafiəsizliyindən, sturuktual və sosial transfobiyadan, nəticədə, yadlaşdırılan və izolyasiya olunan trans icmasının müqavimət gücündən danışıblar.
Nəfəs LGBTİ öz sosial media hesabında bildirib ki, məqsədləri “icmamızın ən həssas kəsimindən biri olan trans yoldaşlarımızın necə ayrıseçkiliyə, zorakılığa, hədəqorxuya, nifrət nitqinə məruz qaldıqlarını elə onların öz dillərindən eşitmək” olub.
Powered by Froala Editor