“Delo LGBT+” insan haqları qrupu fəaliyyətini dayandırıb
“Delo LGBT+” insan haqları təşəbbüsü Rusiyada fəaliyyətini dayandırıb
01/Dec/23
735
“Delo LGBT+” insan haqları qrupu fəaliyyətini dayandırıb
“Delo LGBT+” insan haqları təşəbbüsü Rusiyada fəaliyyətini dayandırıb. Bu barədə qurum özünün sosial şəbəkələrində məlumat yayıb.
Dünən, 30 noyarbda Rusiya Federasiyasının Ali Məhkəməsi “LGBT beynəlxalq ictimai hərəkatını” ekstremist təşkilat kimi tanıyıb. Bununla əlaqədar olaraq “Delo LGBT+” insan haqları təşəbbüsü Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.
Layihə qrupu daim məhkəmələrdə və polisdə kuir insanları müdafiə edib, müxtəlif məsələlərdə hüquqi məsləhətlər verib, həmçinin Rusiyada işləyən LGBTİ+ təşkilatlarına dəstək verib.
Powered by Froala Editor