Eurovision 2019 üçün milli seçimlər artıq bir neçə aydır ki başlayıb. Bu il Avropanın ən böyük mahnı yarışmasına 42 ölkədən fərqli ifacılar qatılacaq. Hələ ki, cəmi 4 ölkənin təmsilçisi və mahnısı bəllidir.

Albaniya - Jonida Maliqi - 'Ktheju Tokës' 



İspaniya - Miki - 'La Venda' 


Fransa - Bilal Hassani - 'Roi'


Çex Respublikası - Lake Malawi - 'Friend Of A Friend'


Kiprdən bu il müsabiqəyə Tamta 'Replay' mahnısı ilə yollanacaq. Lakin, mahnı hələ ki, dinləyicilərə təqdim olunmayıb.

Bir neçə ölkə də yalnız ifaçıların adlarını açıqlayıb. Məsələn, San-Marinonu türk əsilli ifaçı Serhat təmsil edəcək. O, San-Marinonu artıq ikinci dəfədir ki Eurovision-da təmsil edir. 


Qonşu Gürcustanda öz ölkəsini təmsil etmək üçün 8 finalçı 'Georgian Idol' TV müsabiqəsinində yarışır.

Ermənistanın təmsilçisi isə bu il Srbuk adlı ifaçıdır. O, tamaşaçılara Ukranyada keçirilən 'The Voiceyarışmasından tanışdır. Srbuk finala kimi yüksəlməyi bacarmışdı. 

Azərbaycanda bu il milli seçim qapalı şəkildə aparılır. Seçmələrlə məşqul olan komanda hələki heç bir rəsmi məlumat təqdim etməyib. 

Xatırladaq ki, bu il Eurovision müsabiqəsinə düz 20 ildən sonra yenidən İsrail ev sahibliyi edəcək. Müsabiqə May ayının 14, 16 və 18-də Tel-Əvivdən yayımlanacaq.