Tayvan eynicinsli evlilik qanununu qəbul edə bilər
Tayvan hökuməti dünya tarixini dəyişə biləcək bir qanun layihəsi hazırlayır. Əgər qanun layihəsi keçərsə, eynicinsli cütlüklər nikah bağlaya, miras ala və övladlığa uşaq götürə biləcəklər.
24/Feb/19
5957
Tayvan eynicinsli evlilik qanununu qəbul edən ilk Asiya ölkəsi olur
Tayvan hökuməti dünya tarixini dəyişə biləcək bir qanun layihəsi hazırlayır. Əgər qanun layihəsi keçərsə, eynicinsli cütlüklər nikah bağlaya, miras ala və övladlığa uşaq götürə biləcəklər. 2017-ci ildə Tayvanın ali məhkəməsi eynicinsli cütlüklərin qanuni olaraq evlənmək hüququna sahib olduqlarını dedikdən sonra iki illik bir müddət təyin etmişdi.
Tayvan höküməti qanunvericilik üçün parlament tərəfindən səsverməyə qoyulacaq və ehtimal ki, qəbul ediləcək layihə hazırlamışdı. Layihə üzrə müzakirələr, ehtimal ki, 1 martdan sonra başlayacaq və 24 may tarixində iki illik müddətdən sonra qəbul edilməlidir. Əgər əvvəlcədən qəbul edilməzsə, o, avtomatik olaraq qanuna çevriləcəkdir.
Ancaq bəzi aktivistlər bu qanuna görə sevinə bilmir, çünki yeni qanunun adı ətrafında müzakirələr var. Qanun layihəsi nikah sözünün əvəzinə "birgə yaşama" müqaviləsi kimi qəbul edilə bilər.
Baş nazir Su Tsenq-çanq nikah bərabərliyinə öz dəstəyini göstərmək üçün Feysbukda insanlara müraciət etdi və ad üzərində mübahisələrə fikrini bildirdi. Onun sözlərinə görə, qanun layihəsinin adı "748 nömrəli məhkəmə qanununun təfsiri" kimi qala bilər.
Mənbə: Gay Star News