İLGA-Avropa 2024-cü il İllik İcmalı
İLGA-Avropanın yeni hesabatı bütün Avropa siyasətçilərinin anti-LGBTİ+ və xüsusilə də transfobik bəyanatlarının kəskin şəkildə artdığını göstərib
01/Mar/24
1278
İLGA-Avropa 2024-cü il İllik İcmalı
İLGA-Avropanın yeni hesabatı bütün Avropa siyasətçilərinin anti-LGBTİ+ və xüsusilə də transfobik bəyanatlarının kəskin şəkildə artdığını göstərib.
Avropa və Mərkəzi Asiyada LGBTİ+ların İnsan Hüquqları Vəziyyətinin 13-cü İllik İcmalı keçən il ərzində 19-u AB üzvü olmaqla, 32 Avropa ölkəsində siyasətçilərin nifrət nitqi ilə bağlı məlumat verib.
“AB-nin əsasını qoyduğu əsas dəyərlər və standartlar - insan ləyaqətinə və insan hüquqlarına hörmət, azadlıq, demokratiya, bərabərlik və qanunun aliliyi şübhə altına alınır və insan hüquqları, xüsusilə də LGBTİ+ların insan hüquqları ifrat sağ qüvvələrin güclü çağırışı ilə üzləşir. LGBTİ+ların insan hüquqlarından cəmiyyətləri parçalamaq, demokratiyanı, qanunun aliliyini və insan hüquqlarını sarsıtmaq üçün getdikcə daha çox istismar edilir”, - deyə ILGA-Avropanın vəkillik üzrə direktoru Katrin Hugendube bildirib.
İllik İcman 2024 - Azərbaycan
XİDMƏTLƏRƏ ÇIXIŞ
Mayın 14-də LGBTQ+ fəalı Əli Məlikov sosial şəbəkədə Bakıda yerləşən “Friends” kafesində stolunun üstündən göy qurşağı bayrağını götürməsi tələb olunaraq ona homofobik münasibət göstərildiyini bildirib. O, polisə şikayət edib.
QƏRƏZLİ NİTQ
QueeRadarın 2022-ci il nifrət nitqinin monitorinqi hesabatı təhlil edilən 428 media məqaləsinin 77%-nin LGBTİQ+ insanlara qarşı nifrət və ya qərəzli olduğunu göstərib (2021: üçdə iki).
May ayında bir neçə siyasətçi Britaniya səfirliyinin IDAHOBIT günü qaldırdığı göy qurşağı bayrağının araşdırılmasına və götürülməsinə çağırıb. Mediada gedən xəbərlər də qərəzli və düşmənçilik xarakteri daşıyıb.
merikanın Səsi Azərbaycanda LGBTİQ+ hüquqları ilə bağlı qısa videoçarx yayımlayıb və bunun ardınca düşmənçilik xarakterli yazılar, o cümlədən hökumətyönlü REAL TV şəbəkəsinin videoreportajı yer alıb.
Azərbaycanı 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Tural və Turan qardaşları internetdə homofob şərhlərin hədəfinə çevrilib.
May ayında siyasətçi Tofiq Yaqublu kuir insanlarln “xəstə” və “əlil” olduğunu deyib.
Avqust ayında aktyor və Azərbaycan Kinematoqrafçılar İttifaqının prezidenti Rasim Balayev məşhur YouTube kanalına müsahibəsində bərabər nikahın “dinimizə və düşüncəmizə zidd olduğunu” deyib.
QƏRƏZ MOTİVLİ ZORAKLIQ
(Təhsil bölməsinə də baxın)
LGBTQI+ icmasına qarşı nifrət cinayətləri ciddi məsələ olmağa davam edib. İyul ayında Bakıda trans qadın işgəncələrə məruz qalaraq öldürülüb. Bu il daha bir neçə trans insan polis tərəfindən də daxil olmaqla, fiziki hücuma məruz qalıb. Bir neçə gey kişiyə hücum edilib.
Mayın 22-də iki trans qadın səs-küy saldıqları üçün polis tərəfindən “xuliqanlıq” maddəsi ilə saxlanılıb. Həmrəylik nümayiş etdirmək və onların azadlığa buraxılmasını tələb etmək üçün 7 LGBTİ fəalı mayın 23-də Bakı polis idarəsi qarşısında toplaşıb. Yeddi nəfərin hamısı saxlanılıb, “xırda xuliqanlıq” və digər cinayətlərlə ittiham edilib və cərimələnib. Onlardan bəziləri həbsdə olarkən döyüldüklərini, təzyiqlərə məruz qaldıqlarını, təhqir olunduqlarını, çox kiçik saxlanma kamerasına qapandıqlarını, yeməksiz və susuz saxlandıqlarını paylaşıblar. Səlahiyyətlilər və vətəndaş cəmiyyəti pis rəftarı pisləməyib.
Mayın 31-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) LGBT insanların hüquqları üzrə məruzəçisi Christophe Lacroix polisin hərəkətlərini pisləyən bəyanatla çıxış edib. İyunun 7-də Avropa Parlamentinin deputatları həbsləri pisləyərək, Avropa Komissiyasından da eyni addımı atmağı istəyərək, məsələnin araşdırılmasına çağırıblar. AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Fontelles iyulda baş verənlərlə bağlı narahatlığını bildirib.
İyul ayında polis bir neçə kuir insanın iştirak etdiyi ad günü partisinə basqın edib və onları məcburi tibbi müayinədən keçirib, onlara fiziki və cinsi təzyiq göstərib və onları autinqlə hədələyib.
BƏDƏN BÜTÜNLÜYÜ
ECRI Azərbaycana interseks uşaqlara edilən qeyri-konsensual tibbi müdaxilələri qadağan etməsini tövsiyə ediv. Vətəndaş cəmiyyəti bu il ən azı bir keysi sənədləşdirib.
İyulda sosial şəbəkələrdə 13 yaşlı interseksual uşağın cinsiyyət orqanının məcburi əməliyyat olunması ilə bağlı video məlumat paylaşılıb.
TƏHSİL
ECRI Azərbaycana məktəblərdə anti-LGBTİ bullinqi ilə mübarizə aparmağı tövsiyə edib.
Bakıda 17 yaşlı şagird həmyaşıdı və müəllimi tərəfindən dəfələrlə təzyiq və şifahi təhqir və təhdidlərə məruz qalıb. İnsanları seksual oriyentasiya, gender kimliyi, gender ifadəsi və cinsi xüsusiyyətlərə (SOGIESC) əsaslanan ayrı-seçkilik, bullinq və zorakılıqdan qoruyan hər hansı qanunun olmaması səbəbindən polis heç bir tədbir görməyib. Yeniyetmə polis idarəsində də şifahi təzyiqlərlə üzləşib. Ombudsmanın müdaxiləsi sayəsində həmyaşıdı üzr istəyib və müəllimə töhmət verilib. Tələbə mülki iddia qaldıra bilər.
Sentyabr ayında davamlı təzyiqlərə görə dərslərindən fasilə götürdükdən sonra həmin şagird məktəbə qayıtdığı ikinci gün başqa bir şagird tərəfindən döyülüb.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin də bir hissəsi olduğu yeni Gender Bərabərliyi universitet dərsliyində SOGİESC haqqında heç bir qeyd yoxdur.
BƏRABƏRLİK VƏ QEYRİ-DİSKRİMİNASİYA
Mart ayında Avropa Parlamenti AB-Azərbaycan münasibətlərinə dair hesabatını qəbul edərək, hökumətə LGBTİ insanları ayrı-seçkilik və zorakılıqdan, qanunsuz həbslərdən və polis zorakılığından qorumaq üçün möhkəm qanunlar qəbul etməyi tövsiyə edib.
Mayın 17-də IDAHOBIT günündə Böyük Britaniya səfirliyi paytaxtda göy qurşağı bayrağını qaldırıb və sərt ictimai tənqidlərə məruz qalıb.
ECRI iyun ayında Azərbaycanla bağlı altıncı dövri hesabatını dərc edib və belə nəticəyə gəlib ki, hökumət LGBTİ insanları ayrı-seçkilik və zorakılıqdan qorumaq və onların bərabərliyini təmin etmək üçün heç bir addım atmayıb.
XARİCİ SİYASƏT
Hökumətə bağlı media beynəlxalq agentlikləri və onların LGBTİ insanların hüquqlarını dəstəkləmələrini sarsıdan bir sıra məqalələr dərc edib. Dövlətin nəzarətində olan milli televiziya kanalı AzTV öz proqramlarından birində ABŞ-ı “LGBT sistemini siyasətə gətirməkdə” ittiham edib.
SƏRBƏST TOPLAŞMA AZADLIĞI
(Həmçinin bax: Qərəz motivli zorakılıq)
Martın 8-də feminist və kuir fəallar yenidən hökumətdən SOGI zəminində ayrı-seçkilik olmadan hamı üçün bərabər hüquqların təmin edilməsini, qadın qətllərinin araşdırılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini, təsirli tədbirlərin görülməsini, zorakılığın və qadın qətlinin qarşısını alınmasını və İstanbul Konvensiyasını ratifikasiya edilməsini tələb edərək “8 Mart – Yaşamaq istəyirik!” aksiyası keçiriblər. Polis bir neçə iştirakçını sürükləyib. Bakı Meriyası yürüşün heç bir məqsədi olmadığını bildirib.
İFADƏ AZADLIĞI
İyun ayında Təhsil Naziri sosial şəbəkədə Uşaqları Müdafiə Günündə göy qurşağı rəngli uçurtma təsviri olan şəkil paylaşdıqdan sonra tənqid olunub.
Rusiyanın ən son anti-LGBT təbliğat qanununun qəbulundan sonra bir sıra siyasətçilər, o cümlədən hökumət nümayəndələri Azərbaycanın da analoji qanun qəbul etməli olduğunu bildiriblər.
LGBTQ+ fəalı Əvəz Hafizlinin homofobik qətlindən bir il sonra, fevralda Bakıda onun həyatından bəhs edən sənədli film nümayiş etdirilib.
Mart ayında türkiyəli müğənni Kalben Bakıda konserti zamanı trans bayrağı açıb.
SAĞLAMLIQ
ECRI rans insanların hormonal terapiyaya çox zəif çıxışı olduğunu və tez-tez onları tibbi nəzarət olmadan təhlükəsiz olmayan şəkildə alıb istifadə etməli olduqlarını vurğulayıb.
MƏNZİL
Vətəndaş cəmiyyəti transların bu il yenidən evdən qovulma ilə üzləşdiyini bildirib.
İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİ
(Bax: Qərəz motivli zorakılıq)
GENDERİN HÜQUQİ TANINMASI
ECRI Azərbaycana özü-təyinetmə əsasında genderin qanuni tanınması prosedurunu təmin etməsini tövsiyə edib.
İCTİMAİ, MƏDƏNİ və SİYASİ HƏYATDA İŞTİRAK
İsveçrədə keçiriləcək Eurogames 2023-də iştirak etmək istəyən bir neçə nəfərə İsveçrənin Bakıdakı səfirliyi tərəfindən viza verilməyib.
Noyabr ayında BMT-nin İnsan Hüquqları Şurası Gender Resurs Mərkəzi və Q Collective-in birgə mövcud qanunvericilik çərçivələrinin təsirini qiymətləndirən hesabat təqdim etdiyi Universal Dövri İcmal (UPR) zamanı Azərbaycanın insan hüquqlarına dair qeydlərini nəzərdən keçirib. Nəfəs LGBTİ ECOM ilə birlikdə digər narahatlıq sahələri ilə yanaşı, qərəzli nitq və cinayətlə bağlı da hesabat təqdim edib.
POLİS VƏ HÜQUQ MÜHAFİZƏ ORGANLARI
(Həmçinin bax: Qərəz motivli zorakılıq; və Sərbəst toplaşma azadlığı)
Fevral ayında bir trans qadın həbs olunub. Onun əşyaları arasında metamfetamin aşkar edilib. O, polis əməkdaşlarının narkotikin miqdarını şişirtdiyini iddia edib. Noyabrın 15-də məhkəmə onu təqsirli bilib, 8 ay müddətinə kişi həbsxanasında cəza çəkib. Onun vəkili iddiadan apellyasiya şikayəti verəcəyini bildirib.
Powered by Froala Editor