Bakıda trans qadın qətlə yetirilib
12 mart gecə saatlarında Bakının Xocəsən qəsəbəsində trans qadın Aytən qətlə yetirilib
12/Mar/24
1911
Bakıda trans qadın qətlə yetirilib
12 mart gecə saatlarında Bakının Xocəsən qəsəbəsində trans qadın Aytən qətlə yetirilib. LGBTQİ+ aktivisti Aleks Şah bu barədə sosial media hesabında paylaşıb. Aleks yazıb: “Trans qadın Aytən vəhşicəsinə işgəncə ilə qətlə yetirilib. Səhər saatlarında onun cəsədi[nin şəkli] trans icması arasında yayılıb. Trans qadınlar bu kimi halların tez-tez baş verdiyini və artıq susmaq istəmədiklərini deyirlər.”
Aleksin Minority Azərbaycana verdiyi məlumatə görə, bu gün paylaşımı ilə bağlı o, Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Aleks Şah bildirib: “Mənə bu məlumatı deyən trans qadının kontaktını və gəlib idarədə şikayət yazmağımı istədilər. Mən isə onlara kontaktı qorxu mühiti olduğu üçün verə bilməyəcəyi bildirdim. Ortada cəsəd var və məsələnin araşdırılması üçün mən şikayət yazmalı deyiləm. Əlimdəki foto-sübutları polisə göndərdim.”
LGBTQİ+ hüquqları təşkilatı Minority Azərbaycan hadisə ilə bağlı çağırış edib: "Fikirlərimiz Xocəsəndə faciəli qətlindən sonra gənc trans qadın Aytən və onun yaxınları və trans icması ilədir. Biz polisə araşdırmada kömək edəcək məlumatı olan hər kəsi məlumat verməyə çağırırıq."
Powered by Froala Editor