LGBTQİ+lar trans qadının qətlinin araşdırılmasını tələb edir
Martın 12-si gecə saatlarında Aytən adlı trans qadın qətlə yetirilib
15/Mar/24
1120
LGBTQİ+ icması trans qadının qətlinin araşdırılmasını tələb edir
Martın 12-si gecə saatlarında Aytən adlı trans qadın qətlə yetirilib. Bu haqda məlumat və qətlə dair foto LGBTQİ+ icması arasında yayılıb. Həmin gündən etibarən icma üzvləri qətllə bağlı daha ətraflı məlumat almağa çalışsa da, buna nail ola bilməyiblər. Onlar sosial şəbəkələrdə paylaşım edərək və müvafiq qurumlara ərizə ilə müraciət edərək cinayət barədə ətraflı məlumat verilməsini, qətlin araşdırılmasını və qatilin saxlanılmasını tələb edirlər.
Minority Azərbaycan təşkilatı bildirib ki, “Biz icmanın tələblərinə qoşuluruq və baş vermiş qətlin ciddi şəkildə araşdırılmasını, cinayətkarların məsuliyyətə cəlb olunmasını və ictimaiyyətə bu haqda məlumat verilməsini aidiyyatı qurumlardan tələb edirik!”
Powered by Froala Editor