Rusiyada bar işçiləri LGBTQİ+ əleyhinə qanunla ittiham olunub
Cütlük "ekstremist təşkilat" qismində ittiham olunur və onları 10 ilə qədər həbs gözləyir
24/Mar/24
1059
Rusiyada bar işçiləri LGBTQİ+ əleyhinə qanunla ittiham olunan ilk şəxslər olublar
Cütlük "ekstremist təşkilat" qismində ittiham olunur və onları 10 ilə qədər həbs gözləyir
Rusiya məhkəməsi LGBTQİ+ icmasını cinayət hesab edən yeni qanunvericiliyə əsasən, iki bar işçisini “ekstremist təşkilatda” rol almaqda ittiham edərək, həbsə atmağa qərar verib.
Bu, Rusiyanın noyabr ayında “beynəlxalq LGBT hərəkatına” qadağa qoymasından sonra bu cür ilk cinayət işidir.
"Məhkəmə "Pose" barının bədii rəhbəri və inzibatçısı barəsində həbs-qətimkan tədbiri seçdi", - Orenburq məhkəməsi bildirib. Onlar mayın 18-dək həbsdə qalacaqlar və məhkəmənin qərarına əsasən, təqsirləri sübuta yetirilərsə, onları 10 ilə qədər həbs cəzası gözləyir.
Tribunal daha əvvəl iki şübhəlini “bara gələnlər arasında qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etməkdə” ittiham edib.
Powered by Froala Editor