ILGA-Avropa Göy Qurşağı Xəritəsində Azərbaycan  

Bakı, Azərbaycan – 25 may 2024

Azərbaycan 2024-cü ilin ILGA-Avropa Göy Qurşağı Xəritəsində son sırada yer alıb.

ILGA-Avropanın 2024-cü il Göy Qurşağı Xəritəsi LGBTQİ+ların hüquqları və müdafiəsiəsasında Avropa ölkələrini sıralayan hesabatı Azərbaycanı 2.25% ilə ən aşağı sırada yerləşdirib. Azərbaycan Rusiya və Türkiyə ilə birlikdə, LGBTQİ+ icması üçün hüquqi qoruma və cəmiyyət tərəfindən qəbul edilmə sahəsində ciddi şəkildə geridədir.

Hesabatda anti-diskriminasiya qanunlarının və eynicinsli tərəfdaşlıqların hüquqi tanınmasının olmaması, habelə LGBTQİ+lara qarşı yayılmış nifrət nitqləri və zorakılıq əsas göstərici kimi nəzərə alınır. Bu acınacaqlı sıralama Azərbaycanda LGBTQİ+ hüquqlarına qarşı davam edən düşmənçilik və laqeydliyi əks etdirir.



Ətraflı məlumat üçün 2024 Rainbow XəritəsiILGA-Avropa hesabatına baxa bilərsiniz.

Powered by Froala Editor