Həft-sin: Azərbaycanda trans və kuir həyatlarına münaqişənin təsiri

Bu müsahibədə Nargiz Məmmədli münaqişələrin trans və kuir icmalarına, xüsusilə Azərbaycan kontekstində olan təsirlərini öyrənir. LGBTQİ+ hüquq müdafiəçisi və gender məsələləri üzrə ekspert Leyla Həsənova ilə olan müzakirə marjinallaşdırılmış qrupların münaqişə dövründə üzləşdiyi artan çətinlikləri qeyd edir, əsasən də, hüquqlara və resurslara çatmaq üçün qarşılaşdığımız mürəkkəb çətinlikləri izah edir. O, trans və kuir qadınların üzləşdiyi çətinliklərin təhlilini təqdim edir, hüquqlarının fraqmentasiyası, əsas xidmətlərə çıxışda maneələr və icmamızın görünənliyi və dəstəyini əngəlləyən ictimai və siyasi maneələri əhatə edir.

Münaqişələr trans və kuir icmalarına ümumiyyətlə necə təsir edir?

Münaqişələr trans və kuir icmayaya necə təsir edir sualın cavabı əslində özündədir. O mənada ki, müharibə olmayan, münaqişə olmayan periodda əgər trans və kuir icmanın vəziyyəti qənaətbəxş deyilsə, münaqişə periodunda o qənaətbəxş olmayan səviyyə iki qat artır. Çünki adətən LGBTQA+ların problemləri Azərbaycanda ikinci belə deyil, yəni bəlkə dördüncü-beşinci sırada gəlir.

Həmin o münaqişə periodunda bütün hüquqlar, bütün haqqlar parçalanır, yəni aradan qalxır. İstər səhiyyə çatımlılıq, istər ev, sağlamlıq, yəni bütün hüquqlar əslində aradan qalxır. Bu mövzuda pesimistəm, çünki resurslar kifayət qədər limitlidir və resurs deyəndə mən burada nəzərdə tuturam sosyal və siyasi hüquqlar və eyni zamanda iqtisadi resurslara çatımlılıq və onlar həmin resurslara çatımlılıqda çox ciddi maniyələrlə üzləşirlər. Həm təbii maniyələr, həm də insanlar tərəfindən yaradılan maniyələr. İnsanlar tərəfindən yaradılan maniyələr nə deməkdir? O deməkdir ki, normal periodda da, onsuz da cəmiyyətin kuir və translara olan münasibəti pisdir. Bu pis olan münasibət münaqişə dövründə də özünü daha da  birüzə verir. Yəni, həmin sahəyə gələn yardımların bərabər paylaşılmaması və həmin yardımlara bərabər formada çatımlılığın qarşısı alınır. 

Münaqişə səbəbiylə trans və kuir qadınlar hansı resurslarlar və xidmətlərdən faydalana bilmirlər?

Əslində, məncə limitli olmasının iki səbəbi var : həm siyasi, həm də sosioloji, mədəni səbəblərdir. Birincisi, ona görə ki, Azərbaycanda LGBTQA+ların görünürlüyü bu yaxınlara qədər, yəni keçmiş bir-iki ilə qədər o qədər yox idi ki, mütəxəssizlər LGBTQA+larla necə işləyəcəyini bilmirdilər. Yəni, onların təcrübələrində LGBTQA+lara necə xidmət göstərmək lazımdır, necə kommunikasiya qurmaq lazımdır, ümumiyyətlə, o təcrübə yoxdur. Digər bir sual isə nə qədər LGBTQA+ mütəxəssislərə müraciət edə bilir.  Bu da çox limitlidir, çünki kultural baskıya məruz qaldıqları üçün həmçinin iş bazarına çıxa bilmirlər və iş bazarına çıxa bilmədikləri üçün onların aylıq maaşları və maddi rifahları olmur.  Maddi rifahları olmadığı üçün də onlar heç bir xidmət, nə sosiolojik, nə psixoloji, nə də hüquqi xidmət ala bilmirlər. İkinci bir tərəfdən isə həm də kultural olan, elbəttə ki, siyasi olan problem özünü mütəxəssislərə bu cür yansıdır ki, insanlar LGBTQA+larla assosiasiya olunmaq istəmirlər. Yəni, onlarla belə nümunə var ki, həkimlər tutaq ki, nə bilim, hüquqşunaslar, vəkillər kuir benefisiarlara xidmət verdiklərini açıq formada bildirmək istəmirlər.  Bu həm də elbəttə ki, siyasi problemdir. Nəyə görə siyasi problemdir? Çünki LGBTQA+lar Azərbaycanda o qədər görünməz vətəndaş kimi idilər ki, yəni heç kim təxəyyülünə gətirə bilmir ki, LGBTQA+lar var və həmin o fərdlərin də hansısa bir dəstəyə çıxışları olmalıdır. İctimai yaddaşda LGBTQA+lara vətəndaş və kimlik kimi yer verilmir, verilməyə çalışılır və tarixləri silinir. 

Münaqişə zamanı trans qadın və kuir vətəndaşların təhlükəsizliyini necə təmin edə bilərik?

Hazırda fəaliyyət göstərən təşkilatların çoxu və yaxud da bəlkə də mən deyərdim, hamısı, əsasən ictimai, yəni könüllülük əsasları ilə fəaliyyət göstərirlər. Mən ümumiyyətlə, məsələn, fikirləşdim ki, görəsən, təşkilat adı burada, Azərbaycanda fəaliyyət göstərən kuir təşkilatların adını çəkməliyəm ya yox. Bir tərəfdən, fikirləşdim ki, çəkməliyəm, çünki bu qaynaqlara çatımlılıq deməkdir, amma digər tərəfdən, həmin o qaynar xətlərin özü Azərbaycan kontekstini nəzərə alanda, o bum dövründə özü də sarsılır, zədələnir və ortadan qalxır, elə təhlükəsizlik məsələsinə görə və limitli resurslara görə. Yəni, normal şərtlərdə də, onsuz da Azərbaycanda kuirlərin hüquqi dəstəyə və yaxud psikososiolojik dəstəyə çıxışları xeyli limitlidir. Mən təsəvvür eləyə bilmirəm ki, bu, bum dövründə necə bir şey olacaq. 

Trans və kuir qadınların ehtiyacları və hüquqları münaqişə zamanı göz ardı edilməsin deyə onların səslərini və təcrübələrini necə işıqlandıra bilərik? 

Nəzərə alanda ki, xüsusən trans qadınlar ən imtiyazsız qrupdur, məncə, bu imtiyazlar mövzusunda biraz özümüzü sorgulamaq yaxşı ola bilər. Özünü həmin o imtiyazları orada qoyursan və kənara çəkilirsən ki, onsuz da sən normal vaxtlarda səsini eşitdirə bilirsən, amma indi sənin səsini eşitməsək də olar. Yəni, bir zəhmət geri çəkil və translara yol verir. Sadəcə olaraq bir neçə addım geridə dayanmaq lazımdır ki, həmən o trans qadın, öz ehtiyaclarını, öz hüquqlarını özü tələb etsin və yaxud səsləndirsin, çünki həmrəylik qarşı tərəfin ehtiyaclarına fokuslanan bir şeydir və geri planda qalmaqdır. Kömək iyerarxiqdır, amma həmrəylik həmən adamla yan-yana dayanmaq və yoldaşlıq etməkdir. Bəzən ola bilər ki, doğrudan da həmin o periodda, münaqişə periodunda, onlar daha çox fiziki təhlükəsizliklərini təmin etməklə məşguldurlar. Bu vaxt sadəcə sən dəstək xətti göstərə bilərsən. Yəni, dəstək xətti vəzifəsini yerinə yetirə bilərsən ki, həmin o ehtiyacı olan trans qrup və yaxud trans şəxsə həmin ehtiyacı olan dəstək təmin edilsin.

Militarist siyasət münaqişələr zamanı trans icmasına necə təsir edir?

Azərbaycanda trans kimliklər legitim profil olmadığına görə, həmin vətəndaşlara da vətəndaşlığa dair şəxsiyyət vəsiqəsi verilmir. Ancaq o şəxsiyyət vəsiqəsini dəyişdirməyə çalışanda şəxsiyyət vəsiqəsi dəyişilmir. Çünki şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün əməliyyat olmalıdır. Əməliyyat olması isə Azərbaycanda mümkün deyil. Azərbaycanda ümumiyyətlə, tranzisiya əməliyyatı ən başda qanunvericilikdə olmasa da praktikada qadaqandır. Bu nə deməkdir? Yəni, qanunvericilikdə bu əməliyyatların qadaqan olunmağına dair heç bir maddə keçmir. Ancaq praktikada Səhiyyə Nazirliyi tranzisiya əməliyyatlarını ümumiyyətlə, qadaqan edib. Yəni, heç bir trans, tranzisiya əməliyyatını Azərbaycanda edə bilmir. Bu isə həm ümumiyyətlə, həyatını davam etdirmək, həm də hərbi çağırış zamanı böyük problemlər yaradır. Məsələn, hansısa  bir trans qadın hərbi çağırışa gedir və özünün mövcudiyyətini hansı bir qurum və şəxslər qarşısında sübut etməli olur. Və dolayısıyla da militarist siyasət əslində translar üçün distopik bir reallıq yaradır. Sənin bütün həyatını alt-üst edir və səni aid olmadığın bir reallığın içinə atır və səni məcbur edir ki, sən məhz sənin üçün təyin edilən normlarla həyatını davam etdirməlisən. Və hansı bir transın bir orduda olduğunu təsəvvür eləyə bilirsiniz? 

Münaqişə nəticəsində artan stres və narahatçılıqla necə baş edə bilərik? Mental və emosional sağlamlığımızı necə qoruya bilərik?

Mental sağlamlılığı tam olaraq deməzdim, amma yəqin ki, mobilizasiya məncə daha yaxşı hiss ələtdirər insanlara, çünki bir araya gəlmək və tək olmadığını görmək məncə daha yaxşı hiss ələtdirər. Çünki sən eyni zamanda həm orada görülürsən, həm eşidilirsən, həm səsini eşitdirirsən və bu praktikada da əslində öz sübutunu tapır ki, daha yaxşı hiss ələtdirir insana, yəni icmalaşmaq, mobilizasiya. Digər tərəfdən də, bəlkə, kuir platformaların varsa əgər, dəstək xəttlərinə müraciət eləmək yaxşı ola bilər. Bilirəm ki, bir çoxumuz üçün sosyallaşmaq belə başlı-başına əsas problemlərdən biridir. İmkan olduqca, bəlkə, sosyallaşmaq, özümüzün təhlükəsiz kanallarını yaratmaq və oralarda nələrsə paylaşmaq daha yaxşı ola bilər  və yaxud məsələhət görərdim ki, əgər internetə çatımlılıq varsa, bəlkə, onlayn formada səsini eşitdirmək, bloglar yazmaq ola bilər, tvit atmaq ola bilər. Kuir platformalarnan əlaqəyə keçmək, bəlkə, daha yaxşı hiss ələtdirər.

Təhlükəsiz bir məkan yaratmaq üçün nə etmək lazımdır?

Fikirləşirəm ki, əslində, hamı özü-öz şeyini qurmalıdır, yəni özü təhlükəsiz məkanına, təhlükəsiz saatina, lokasiyasına özü qərar verməlidir. Bu, ümumi bir məsləhət olanda heç də inkluziv olmaya bilir, yəni çünki filan adam üçün filan saat və yaxud məkan daha təhlükəsizdir, amma eyni kimlikdəki, başqa şəxs üçün bu keçərli olmaya bilər. Eyni zamanda, üz-üzə gəldiyim və bu problemlərdən danışanda da ilk məsləhətim o, olur ki, birinci prioritet öz ehtiyaclarını müəyyənləşdirməkdir. Yəni, yox ki, hamı harasa gedir, mən də gedim və yaxud hamı filan cür özünü qoruyur, mən də filan cür qoruyum, yox, birinci öz təhlükəsizliyin, yəni ümumiyyətlə, feminist, kuir ideologiyada da, nəzəriyədə də prioritet olunan şəxsin birinci öz təhlükəsizliyini təmin etməsidir. Yəni, sən özün özünü necə yaxşı hiss edirsənsə, orada da dayan və öz ehtiyaclarını prioritetləşdir. Daha sonra ehtiyacın üzrə kanallara çatmağa çalışır.

Çox təəssüf ki, dövlət tərəfindən LGBTQA+lara heç bir dəstək olmadığı üçün bu dəstək kuir təşkilatlar və kuir icma eyni zamanda vətəndaş cəmiyyətinin öhdəliyinə qalır. Ona görə də mən fikirləşirəm ki, vətəndaş cəmiyyəti kuir icma ilə bir yerdə həmin münaqişə periodlarına qarşı hazırlıqlıq olmalıdır. Nəinki, müharibə və yaxud da münaqişə dövründə bu sistemləri yaratmaq ki, bu, mümkün olmayacaq böyük ehtimal, ona görə də daha əvvəldən hazırlıqlı olmalıdır. Platformaların adları yayınlana bilər ki, hara zəng etməli və yaxud hara ilə əlaqə keçərək o yardımları götürə biləcəklərini bilsinlər.




Powered by Froala Editor