Tarixdə ikinci şəxs QİÇS xəstəliyinə tamamilə qalib gəlib
“Berlindən olan pasient” kimi tanınan şəxsin QİÇS xəstəliyinə qalib gəlməsi hadisəsindən 12 il sonra dünyada ikinci bir şəxs də bu xəstəliyə qalib gələ bilib
05/Mar/19
7128
Tarixdə ikinci şəxs QİÇS xəstəliyinə tamamilə qalib gəlib
“Berlindən olan pasient” kimi tanınan şəxsin QİÇS xəstəliyinə qalib gəlməsi hadisəsindən 12 il sonra dünyada ikinci bir şəxs də bu xəstəliyə qalib gələ bilib. Bu dəfəki xəstə Londondan olub. Alimlər sümük iliyi transplantasiyasının köməyi ilə QİÇS xəstəliyinə qalib gəlmənin ikinci uğurlu halı barəsində xəbər veriblər.
Bu brədə Hightech.plus saytı xəbər verib. “Berlindən olan pasient” kimi tanınan Timati Braun adlı şəxs QİÇS-ə leykemiya xəstəliyi vasitəsilə qalib gəlmişdi. Qan xərçəngini aşkar etmiş alimlər xüsusi donordan sümük iliyinin hüceyrələrinin transplantasiyasını təklif etmişdilər. Həmin xüsusi donor isə CCR5 reseptorlarının mutasiyasına sahib idi. Bu cür mutasiyaya sahib olan insanlar QİÇS xəstəliyinə dözümlü olurlar. Nəticədə, sümük iliyi hüceyrələrinin transplantasiyası vasitəsilə Timati Braun QİÇS xəstəliyinə qalib gələ bildi.
Beləliklə, həmin hadisədən 12 il sonra bu texnologiyanın köməyi ilə ikinci bir şəxs də QİÇS-ə qalib gələ bilib. “Londondan olan pasient” kimi tanınan ikinci şəxs QİÇS xəstəliyinə 2003-cü ildə yoluxub. 2012-ci ildə isə onda Xodjkin limfoması xəstəliyi aşkar edilmişdi. Timati Braunda olduğu kimi ikinci şəxsə də CCR5 reseptorlar mutasiyasına sahib donorun sümük iliyi hüceyrələri transplantasiya edildi.
Qeyd etmək lazımdır ki, QİÇS xəstəliyinə qalib gəlmiş ikinci şəxsin xahişi ilə onun adı çəkilmir. Alimlər bildiriblər ki, sözügedən transplantasiya prosesi ideal keçməyib. Xəstədə bəzi əks təsirlər müşahidə olunub. Həmin əks təsirlər Timati Braunda da müşahidə edilirdi.
Timati Braunda artıq 12 ildir ki, QİÇS əlamətləri müşahidə olunmur. O, QİÇS-ə qarşı dərmanları qəbul etmir. Alimlər bildiriblər ki, QİÇS xəstəliyinin bu üsulla müalicəsinin miqyasının artırılmasından danışmaq olmaz. Belə ki, CCR5 reseptorları mutasiyasına sahib olan insanları tapmaq çox çətindir. Onlar əsasən Şimali Avropa mənşəli olurlar.
Alimlər hələki CCR5 mutasiyasının QİÇS-ə qarşı yeganə silah növü olduğunu söyləməyə hazır deyillər. Bu xəstəliyə qalib gəlmiş hər iki şəxsdə orqanizmin transplantasiya sonrası donor hüceyrələrini qəbul etməmək prosesi müşahidə olunub. Bu da öz növbəsində QİÇS ilə mübarizədə vacib rolu oyanaya bilər.
Mənbə: Technote.az
Powered by Froala Editor