Dağıstanda bir kişi polis tərəfindən qaçırılıb

Məşhur SSRİboy kimi tanınan mosvkalı porno-bloggerin qaçırıldığı Mahaçqalada daha bir kişi yoxa çıxıb. SOS Böhran Qrupunun məlumatına görə, onu Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Mərkəzinin əməkdaşları aparıblar.

Xatırladaq ki, SSRİboy ləqəbli məşhur moskvalı porno-bloggeri Matvey Volodin mayın 23-də Mahaçqalaya uçmuş və orada polislər tərəfindən tutularaq döyülmüşdü. Onlar kişinin telefonunu götürüb onun hesablarından istifadə edərək tanışlıq saytlarından oğlanları saxta görüşlərə dəvət ediblər. Nə qədər insanın təsirləndiyi və onlardan nə istədikləri məlum deyil. Bütün bunlar baş verən zaman isə Matvey məhkəmənin qərarı ilə xüsusi təcridxanada idi. Məhkəmə 2 dəqiqə davam edib. 



Powered by Froala Editor