“Bobbin” - dayanıqlı geyim brendi
Aidə Mirzəyeva sosial işçi, supervayzor kimi çalışır
09/Jun/24
2464
“Bobbin” - dayanıqlı geyim brendi
Aidə Mirzəyeva sosial işçi, supervayzor kimi çalışır və işi ilə əlaqədar ağır, travmatik hekayələri olan şəxslərlə görüşür. Aidə bu hekayələrin bəzilərini öz üzərindən silkələmək üçün terapevtik elementlərdən istifadə edir və bunun üçün moda dizaynını seçir.
“Bu peşəni seçməyimin səbəbi özümü və hisslərimi sənət vasitəsilə ifadə etməkdir və buna uyğun olaraq müxtəlif dizaynlarda korset, don, paltar və sair tikirəm”. Aidə həm artıq istifadə edilməyən paltarları dəyişdirir, həm də yeni məhsullar hazırlamaq üçün yeni parçalar alır.
Fotoqraf: Vüsalə Abdullayeva
Quruluşçu rəssam: Nərgiz Məmmədli
Modellər: Zinaida və Fidan Şəms
Powered by Froala Editor