Azərbaycanda LGBTQİ+ mövzulu kitab nəşr olunub
Çələbinin son kitablarından biri “Mavi Qorxu” adlı LGBTQİ+ mövzulu romandır
15/Jun/24
1467
Azərbaycanda LGBTQİ+ mövzulu kitab nəşr olunub
Nazlı Çələbi 1970-ci ildə Bakı şəhərində anadan olmuş, 1992-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirmiş, daha sonra Moskva şəhərində Parapsixologiya və psixoterapiya üzrə təhsilini davam etmişdir. Beynəlxalq dərəcəli həkim - məruzəçidir. O, “Azərbaycanın Fəxri”, “Qızıl Qələm”, “Əsrin Ziyalısı” fəxri adlarının sahibidir.
Çələbinin son kitablarından biri “Mavi Qorxu” adlı LGBTQİ+ mövzulu romandır. Kitab “Əlfəcin” nəşriyyatı tərəfindən çap olunub və satışa buraxılıb.
Roman azərbaycanlı bir mühafizəkar atanın övladının homoseksual olduğunu öyrənməsi və bu səbəbdən uzun bir yola çıxmasından danışır. Hadisələr real faktlar əsasında baş verir.
Kitab çapı və satışa çıxarılması zamanı heç bir senzuraya və təzyiqlərə tuş gəlməyib.
Minority Azərbaycana danışan yazar Nazlı Çələbi deyir ki, o, bu periodda heç bir dəstək görməyib və ətrafı kitabı oxumaqdan imtina ediblər.
“ Mənim bu romanı yazmaqda əsas motivasiyam gənc tanış gey uşaq idi. Mən ona ikinci ana əvəzi olmuşam, bütün dərdini həmişə mənimlə bölüşüb. O, məndən xahiş etdi ki, belə bir kitab yazım. Yazaraq insanlara çatdırmaq istədim ki, hər kəs bu insanların [red: LGBTQİ+ların] nə yaşadıqlarını, necə əzab-əziyyətlə böyüdüklərini bilsin. Bu romanda ekspertlərin, həkimlərin rəyi var, beynəlxalq təcrübələrdən, araşdırmalardan misallar var.”
“Mən bir çox yerdə bu kitaba dəstək üçün çağırışlar etdim, lakin hamı biganə yanaşdı. Çox istərdim ki, maddi dəstəklə bu kitabı bütün Azərbaycana yayaq,”- Çələbi vurğulayıb.
Yazar bu mövzuda araşdırmalarını davam etdirməyi hədəflədiyini deyib.
Azərbaycanda ilk dəfə 2009-cu ildə erməni və azərbaycanlı oğlanlar arasında sevgidən bəhs edən roman “Artuş və Zaur” yazıçı Əli Əkbər tərəfindən dərc edilib.
Azərbaycanda dərc olunduqdan sonra polis tərəfindən satışdan yığışdırılmış, kitabı satan dükan müvəqqəti bağlanmış, sahibi polisə çağırılıb, sorğu-sual edilmişdi.
Lakin yazar Avropaya gedərək 2012-ci ildə kitabın Hollandiyada çapına nail olub.
Müəllif: Aleks Şah
Powered by Froala Editor