Trans qadın fenomen Mika Raun və partnyoru döyülüb

Türkiyəli fenomen Mika Raun istirahətdə olduğu Antalyada sevgilisi ilə bərabər bu dəqiqələrdə ağır şiddətə məruz qaldıqlarını açıqlayıb. Bu barədə onun özü sosial media hesabında məlumat verib.

“Mənə və sevgilimə hücum etdilər. Ölümcül döyüldüm. Ona dəfələrlə vurdular, üstəlik anası və bacısı varkən. Və mənim sevgilim təkbaşına bu insanların qarşısında durmağa çalışdı. O qədər qorxunc idi ki… Dəqiqələrlə hücuma məruz qaldıq. Xəstəxanaya aparılıram.”

Qeyd edək ki, Mika Raun sevgilisinin üzünü yenicə ictimaiyyətə göstərmişdi.

Trans qürur həftəsində trans qadının zorakılığa məruz qalması xəbəri məyusedicidir, Antalya polisi baş verən insidenti operativ şəkildə araşdırmalı və ədalətli qərar verməlidir.

Müəllif:Aleks Şah

Powered by Froala Editor