Yunanıstanda “ənənəvi” dəyərlərinin müdafiəsi yürüşü
Yunanıstanda “ənənəvi” ailə dəyərlərinin müdafiəsi üçün parad keçirilib
09/Jul/24
542
Yunanıstanda “ənənəvi” ailə dəyərlərinin müdafiəsi üçün parad keçirilib
Salonikidə yerli sakinlər “ənənəvi” dəyərləri “LGBT təbliğatının” təsirindən qorumaq üçün yürüş təşkil ediblər və tədbiri Ailə Qürur Yürüşü adlandırıblar.
Ailə Qürur Yürüşü El Hero təşkilatı tərəfindən yaradılıb. ProNews xəbər verib ki, tədbir Ağ Qüllənin yaxınlığında baş tutub və “Yalnız ənənəvi ailə üçün” və “Uşaqlarımızdan əl çəkin” şüarları altında “ənənəvi” ailə dəyərlərinin müdafiəsi ilə məşğul olan bir çox iştirakçını bir araya gətirib.
Yürüş iştirakçıları ailə institutunun üzləşdiyi müasir dəyişikliklər, o cümlədən “LGBTQ+ mədəniyyətinin təsiri” ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar yürüş zamanı “sağlam cəmiyyətin” əsası hesab etdikləri “ənənəvi” ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsinin zəruriliyini çatdırmağa çalışıblar.
Powered by Froala Editor