“Türkmənistanın görünməz göy qurşağı” filmi

“Türkmənistanın görünməz göy qurşağı” Türkmənistan Azalıq Radiosunun dünyanın ən repressiv ölkələrindən biri olan Türkmənistanda öz hüquq və azadlıqları uğrunda mübarizə aparan cəsur insanların həyatından bəhs edən sənədli filmidir. Film rus dilindədir və türkməncə altyazı əlavə olunub. 

“Hüquq-mühafizə orqanları dəyənək və döşəməsiləni başqa məqsədlər üçün istifadə edir,” – Türkmənistandan olan LGBTQİ+ aktivisti filmdə qeyd edib. 

Filmin baş qəhrəmanı 29 yaşlı David Ömərov şəxsi təcrübəsini bölüşüb və ölkəsində LGBTQİ+ icmasının üzləşdiyi problemlərdən danışıb. 

David ölkədən qaça bilib, lakin bundan əvvəl ağır işgəncələrə məruz qalıb. Bundan əlavə, o, ailə üzvlərinə qarşı repressiyalarla hədələnib. 

Davidin hekayəsi qəddar repressiya maşınının Türkmənistandakı LGBTQİ+ları necə sındırmağa və məhv etməyə çalışdığı və onların özləri olmaq hüququ üçün hər gün necə mübarizə aparmalı olduqlarının hekayəsidir. 

Bu hekayə Türkmənistan rejiminin gizlətdiyi amansız həqiqəti söyləyəcək Türkmənistanın görünməz göy qurşağından bəhs edir.


Türkmənistan LGBTQİ+ların bərabərlik hüququna görə ölkələrin reytinqində sonuncu yerlərdən birini tutur. Ölkə hələ də homoseksuallığı cinayət hesab edir və kuir icmaya qarşı ayrı-seçkilik və zorakılıq cəzasız qalır. Beynəlxalq insan hüquqları təşkilatları mütəmadi olaraq Türkmənistan hökumətini insan haqlarının pozulmasına görə tənqid edir və repressiv qanunların ləğvini tələb edir.

Powered by Froala Editor