BBC trans ruslar haqqında film yayımlayıb
BBC tranzisiya qadağasının ildönümündə trans ruslar haqqında film yayımlayıb
24/Jul/24
440
BBC tranzisiya qadağasının ildönümündə trans ruslar haqqında film yayımlayıb
BBC rus xidməti bu gün, iyulun 24-də “Rusiyada(n kənarda) trans insanlar. Qəbullanma, yadlaşma və qaçış haqqında üç hekayə” sənədli filmini yayımlayıb. Film rus dilindədir.
Filmin yayımlanma tarixi Rusiya LGBTQİ+ icması üçün matəm tarixinə təsadüf edir: düz bir il əvvəl Rusiya prezidenti Vladimir Putin ölkədə tibbi və hüquqi tranzisiyanı qadağan edən qanun imzalayıb.
Filmin qəhrəmanları Ada, Fransis və Allidir. Onların hamısı müxtəlif səbəblərdən dolayı Rusiyadan kənardadır.
Fransisin 47 yaşı var və Putin ordusunun Ukraynaya genişmiqyaslı hücumundan əvvəl Rusiyanı tərk edib. 2017-ci ildə daha maskulin görünmək üçün mastektomiya əməliyyatı keçirib. Bundan xəbər tutan qəyyumluq xidməti onun övladlığa götürdüyü iki uşağını əlindən alıb. Onları geri qaytarmaq mümkün olmayıb. AİHM bu yaxınlarda Fransisi zərərçəkmiş kimi tanıyıb və ona Rusiya hakimiyyəti tərəfindən təzminat təyin edib.
Valideynləri Adanı zorla konversiya terapiyası üçün “reabilitasiya mərkəzinə” göndəriblər. Reallıqdan uzaq olduğu üçün o, Ukraynanın tammiqyaslı işğalının başlanğıcını qaçırıb və sənədlərini dəyişdirmək üçün son şansını az qala əldən verib. İndi o, miqrasiya edib.
Alli işğal başlayandan sonra ölkəni tərk edib. Müharibə yeni başlayanda o, yalnız işləyirdi və cəbhədəki vəziyyəti izləyirdi. Bir il sonra o, öz bədəninə qayıda bilib və digər şeylərlə yanaşı, xaricdə mastektomiya edib. Təxminən eyni vaxtda Rusiyada bu tip əməliyyatlar qadağan edilib.
Powered by Froala Editor