Drag sənətçiləri Olimpiya Məşəlini daşıyıblar
Fransız drag sənətçiləri Olimpiya Məşəlini daşımaqla tarixdə ilkə imza atıblar
26/Jul/24
499
Drag sənətçiləri Olimpiya Məşəlini daşıyıblar
Fransız drag sənətçiləri Olimpiya Məşəlini daşımaqla tarixdə ilkə imza atıblar.
Üç fransız drag sənətçi 2024-cü il Paris Olimpiadası ərəfəsində əsas səhnəyə çıxıb və olimpiya məşəlini daşıyan ilk drag sənətçilər kimi tarixə düşüb.
Minima Gesté, Miss Martini və Nicky Doll sosial şəbəkələrdə paylaşımlarında öz ölkələrini və icmalarını qlobal səhnədə təmsil etmək şərəfindən danışıblar.
Drag Race Fransanın aparıcısı Nikki Doll İnstaqramda yazıb: “Məşəl Fransadan keçərkən Olimpiya Oyunlarını elan edir və xalqlar arasında sülh və dostluq mesajı yayır”.
Əsasən Marseldə çıxış edən Miss Martini “vətəndaşları eyni dəyərlər altında birləşdirməkdən” qürur duyub və yazısında əlavə edib: “Bacılarım Minima Gesté və Nicky Doll ilə LGBTQIA+ icmasını təmsil etməyə seçildiyim üçün fəxr edirəm.”
Powered by Froala Editor