Çili nikah bərabərliyi qanununu qəbul etməyi planlaşdırır
Senatın yeni prezidenti gecikmiş nikah bərabərliyi qanunu barədə: "Heç bir şübhə yoxdur", - dedi
11/Mar/19
3332
Senatın yeni prezidenti gecikmiş nikah bərabərliyi qanunu barədə: "Heç bir şübhə yoxdur"
Çili parlamentinin yuxarı palatasının, Senatın yeni prezidenti bu qanunvericilik ilində nikah bərabərliyi qanununun keçəcəyini vəd etdi.
"Çili tam mədəni dəyişiklikdədir, [və] daha geniş azadlıqlar və hüquqlar tələb olunur." 12 mart, çərşənbə axşamı vəzifəyə gələcək Xaime Kintana Tvitterdə yazıb.
Kintana: "Şübhəsiz, Senat bu qanunvericilik ilində nikah bərabərliyini müzakirə və təsdiq edəcək", - dedi.
Çili 2015-ci ildən bu yana eynicinsli vətəndaş birliklərini tanıyır. 2017-ci ildə eks-prezident Mişel Baçelet nikah bərabərliyi qanununu təqdim etmişdi.
Bununla belə, keçən ilin mart ayında vəzifəyə gəlmiş Sebastyan Pinyera hökumətin bu qanun layihəsini prioritetləşdirməyəcəyini söyləmişdi.
Chile está en pleno cambio cultural, demanda ampliar libertades y derechos.
— Jaime Quintana (@senadorquintana) March 10, 2019
Que no haya dudas: desde el @senado_chile nos vamos a jugar por conocer, discutir y aprobar el #Matrimonioigualitario en este año legislativo.https://t.co/d04l4M0Yt0#FelizDomingo
Lakin indi Senatın yeni prezidenti Kintana qanun layihəsinin keçəcəyini vəd etdi.
Yerli mətbuata görə, Çili insan hüquqları təşkilatı Movilhin sözçüsü Oskar Rementeria "yaşıl işığın göründüyünü" bildirib.
Mənbə: GayStarNews