Parkda oral sekslə məşğul olan iki kişi saxlanılıb
Rusiyada iki kişi “LGBT təbliğatı”na görə həbs edilib
27/Jul/24
587
Parkda oral sekslə məşğul olan iki əcnəbi Rusiyadan çıxarılacaq
Rusiyada iki kişi “LGBT təbliğatı”na görə həbs edilib.
Moskvada Presnenski Rayon Məhkəməsi parkda iki əcnəbi arasında oral seksi “LGBT təbliğatı” kimi tanıyıb. Məlumatı Mediazona məhkəmə qərarları bazasında tapıb.
Məhkəmə qərarında bildirilir ki, azyaşlı uşaqları ilə parkda gəzən cütlük kişilərdən şikayət edib. Onlar gölməçənin yanından keçərkən otluqda oral seks edən iki kişi onların diqqətini çəkib. Həmin şəxslərdən hüquq-mühafizə orqanlarına şikayət ediblər. İş materiallarında kişilərin cinsi əlaqə zamanı lentə alındığı da qeyd olunub.
Gələn polis əməkdaşları həmin şəxsləri yerindəcə saxlayıblar. Sonradan məlum olub ki, saxlanılanlardan biri “Jilişnik” Dövlət Büdcə Müəssisəsində küçə təmizləyən işləyirmiş.
Məhkəmə həmin şəxsləri 15 sutka həbs, ardınca isə Rusiyadan deportasiya etmək qərarına gəlib.
Powered by Froala Editor