Polşadakı məktəbin LGBTİ icmasına dəstəyi
Polşada ilk dəfə hədsiz dərəcədə gözəl LGBTİ inklüziv bal rəqsi təşkil olunub.
18/Feb/19
5865
Polşada bir məktəbin LGBTİ bal rəqsi videosu bizi göz yaşlarına qərq etdi.
Polşada ilk dəfə hədsiz dərəcədə gözəl LGBTİ inklüziv bal rəqsi təşkil olunub. Bu həftənin əvvəlində nümayiş olunan videoda bala hazırlaşan polşalı şagirdləri görmək mümkündür. Varşava Bednarska Ali Məktəbi keçən il LGBTİ tələbələrinin şərəfinə 'Equality Prom Dance' (Bərabərlik Bal Rəqsi) təşkil etmişdi. Polşalı LGBTİ gənclərinin 70% -dən çoxu intihara cəhd edib. Bununla mübarizə aparmaq üçün Bednarska məktəbi heç kimin etmədiyini etdi.
Son zəng hər kəs üçün özəldi
Saç spreyləri, ütülü köynəklər və həyacanlı simalar videonun açılış dəqiqələrində yer alıb. "Bal çox xüsusi bir andır, di gəl ki, hər kəs üçün deyil", - səsləndirmədə deyilir. Yeniyetmələr öz ballarına başladıqları zaman sevincli dostlar, ailə və məktəbin müəllim qrupları tərəfindən qarşılandılar. Bir şagird: "Məhəbbətlərini gizlətməyə davam edən gay dostlarımıza olan sevgi və dəstəyimizi göstərmək üçün Bərabərlik Bal Rəqsini ifa edirik." - dedi. Ancaq təkcə qəbullanması asan olanları qəbul edən cəmiyyətdən bezmişik. Bir tələbə: "İstərdim ki, bərabərlik mübarizə aparmalı olduğun bir şey olmasın." - deyə qeyd etdi.
"Polşalı LGBTİ gənclərinin 70% -dən çoxu intihara cəhd edir"
Balı Varşavada yerləşən LGBTİ müdafiə qrupu Equality Parada təşkil etmişdir. Onlar 2001-ci ildən Şərqi Avropa ölkəsinin paytaxtında hər il Qürur yürüşləri keçirirlər. Equality Parada Towleroad-a müsahibəsində polşalı LGBTİ gənclərinin 70% -dən çoxunun intihara cəhd etdiyini və ya bu haqda düşündüyünü deyib.
“Yəni təkcə balın baş tutmasını deyil, dünyanın geri qalanına çatan hekayənin vacibliyini də qabartmışıq.” Xatırladaq ki, Polşa keçən il bir AB-in (Avropa Birliyi) bəyanatına LGBTİ hüquqlarının daxil edilməsinə veto qoymuşdu.