Rusiya xarici işlər naziri Lavrovun Musk-a dəstək mesajı
LGBTQİ+ları hədəf alan çıxışında Lavrov LGBTQİ+ qanununa cavab olaraq SpaceX və X sosial şəbəkəsinin qərargahını Texasa köçürmək qərarına gələn Elon Musk-a dəstək verib
29/Jul/24
434
Rusiya xarici işlər naziri Lavrovun Musk-a dəstək mesajı
LGBTQİ+ları hədəf alan çıxışında Lavrov LGBTQİ+ qanununa cavab olaraq SpaceX və X sosial şəbəkəsinin qərargahını Texasa köçürmək qərarına gələn Elon Musk-a dəstək verib.
“Bir çox insan LGBT hücumlarından xilas olmaq istəyir,” - Lavrov deyib.
Rusiyanın xarici işlər naziri Lavrov iyulun 23-də Rusiyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə görüşüb. Lavrov iddia edib ki, bir çox insanlar “LGBT təbliğatı səbəbindən” Qərbdən Rusiyaya “qaçırlar”.
Lavrov bu yaxınlarda Kaliforniyada qəbul edilən LGBTQİ+ qanununa cavab olaraq SpaceX və X sosial şəbəkəsinin baş qərargahını Texasa köçürməyə qərar verən Elon Musk-a da dəstək mesajı verib.
Rusiya tərəfindən nəzarət olunan Sputnik xəbər agentliyində yer alan xəbərə görə, Lavrov aşağıdakı ifadələrdən istifadə edib:
“Budur, Elon Musk... Kaliforniyada neoliberal dəyərlər nəzarətdən çıxdığı üçün Texasa köçür. Və təkcə bu deyil. Avropa da daxil olmaqla, bir çox insan bu LGBT hücumundan, təbii tarixi proseslərə, Allahın bizə bəxş etdiyi dəyərlərə tamamilə məhəl qoymamaqdan uzaqlaşmaq istəyir. Çoxları Rusiyaya gəlməyi düşünür və artıq belə nümunələr var. Əminəm ki, onların sayı artacaq və çoxalacaq”.
Nə olub?
The Advocate informasiya agentliyinin xəbərinə görə, Kaliforniya qubernatoru Gavin Newsom bu yaxınlarda bölgədə müəllimlərdən və ya digər işçilərdən tələbənin icazəsi olmadan onun seksual oriyentasiyasını, gender kimliyini və ya gender ifadəsini valideynlərinə və ya qəyyumlarına açıqlamasını tələb etməyi qadağan edən qanun layihəsini imzalayıb.
Musk sahibi olduğu X haqqında çərşənbə axşamı yazıb: "Bu, səbr kasasında son damladır" və aşağıdakı ifadələrdən istifadə edib:
"Həm ailələrə, həm də bizneslərə hücum edən bu qanun və ondan əvvəl gələn bir çox digər qanunlar səbəbilə, SpaceX qərargahını Hawthorne, Kaliforniyadan Starbase, Texasa köçürəcək."
Powered by Froala Editor