Erdoğan Paris Olimpiya Oyunlarının açılışını hədəfə alıb
Erdoğan və Dəyanət işləri üzrə rəhbərlik Paris Olimpiya Oyunlarının açılışını hədəfə alıb
02/Aug/24
394
Erdoğan və Dəyanət işləri üzrə rəhbərlik Paris Olimpiya Oyunlarının açılışını hədəfə alıb
Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan 30 iyulda AKP əyalət başçıları ilə görüşündə Paris Olimpiya Oyunlarının açılışını hədəfə alıb. Olimpiadanın açılışındakı “Sonuncu Şam yeməyi” parodiyasını “əxlaqsızlıq” adlandıran Erdoğan LGBTQİ+ları hədəfə alıb.
LGBTQİ+ları hədəf göstərən açıqlamasında Türkiyə prezidenti Erdoğan: “LGBT lobbisi Qərbi ələ keçirib”, - deyib. Dəyanət işləri üzrə rəhbərlik açılışı “bu, azğın zehniyyət nümayişinə çevrilib” bəyanatı ilə hədəfə alıb.
O, Olimpiya Oyunlarının açılışına dəvət aldığını desə də, nəvəsi “baba, getmə, orada LGBT nümayişi keçirilir” deyən Erdoğan bildirib:
“Paris Olimpiya Oyunlarının açılışında nümayiş etdirilən əxlaqsızlıq üzləşdiyimiz təhlükənin miqyasını bir daha ortaya qoydu. Makron məni dəvət etdi. Mən də gələ biləcəyimi dedim. 13 yaşlı nəvəm ‘baba, getmə, orada LGBT nümayişi gedir’ dedi."
Açılış şousu üçün Papaya zəng edəcəyini bildirən Erdoğan "LGBT lobbisi" ifadələrini işlədib. O, əlavə edib: "Parisdə edilməsi istənilən akt insanı, şərəfli varlıqları heyvanlardan belə aşağı etmək layihəsi idi. Parisdəki biabırçı mənzərə təkcə katolik dünyasını və xristian dünyasını deyil, onlar qədər bizi də incidib. İlk fürsətdə bu barədə Papaya zəng edəcəyəm. Bütün xristian dünyasına edilən hörmətsizliyi onunla bölüşəcəyəm. LGBT lobbisi Qərbi ələ keçirib.”
Fransa mətbuatında əksini tapan xəbərlərdə Erdoğanın açılış mərasiminə dəvət edilmədiyi ortaya çıxıb.
Powered by Froala Editor