Paris meri açılış mərasiminin anti-LGBTQİ+ eksperlərinə cavab verib

Paris meri anti-LGBTQİ+ ekspertlərini 2024-cü il Olimpiadasının açılış mərasimini iblisləşdirdiyinə görə qınamaqdan geri qalmayıb.

Anne Hidalgo açılış günündəki ekstravaqanzaya reaksiya ilə bağlı hisslərini açıq şəkildə ifadə edərək deyib: “S*kdirsin irtica, s*kdirsin ifrat sağçılar, bizi bir-birimizə qarşı müharibəyə soxmaq istəyənlərin hamısını s*kdirsin.”

Leonardo da Vinci-nin dünyaca məşhur “Son Şam yeməyi” əsərinin kuir təsviri kimi yanlış təfsir edilən, əslində isə yunan tanrısı Dionis-ə ehtiramını bildirən mərasimin bir hissəsinə qarşı sağçı ekspertlər və din xadimləri silahlanıb.

Dini irticaçılar hadisəni "şeytani" kimi xarakterizə edərkən, digərləri tarixin ən çox canlandırılan rəsmlərindən biri olmasına baxmayaraq, bunun küfr olduğunu iddia edib. 

Bütün bunlara cavan olaraq, Paris meri Anna Hidalgo, "Paris bütün azadlıqlar şəhəridir, LGBTQI+ insanların sığınacaq şəhəridir, insanların birlikdə yaşadığı şəhərdir," deyə bildirib.



Powered by Froala Editor