Sadəcə Dost Qala Bilərikmi?
Dəliliyin mənası bir şeyi təkrar-təkrar edib, fərqli nəticələr gözləməkdir
17/Aug/24
975
Sadəcə Dost Qala Bilərikmi?
Dəliliyin mənası bir şeyi təkrar-təkrar edib, fərqli nəticələr gözləməkdir.
James Charles-in sevgi axtarışında dəfələrlə ictimai ləğvolunmalara [red: cancel culture] məruz qalması bununla bağlıdır. Onun yeni “Sadəcə dost qala bilərikmi” mahnısında dediyi kimi: “Güman ki, mən dəliyəm, əyləndinizmi?
James Charles 24 yaşlı makyaj ustası və Youtuberdir. O, internetdə ən skandallı məhşurlardan biri kimi tanınır. Onun ardıcıllıqla bütün qalmaqallarını oxumaq üçün keçid edin.
İndi isə o bu ildən başlayaraq yeni eraya, keçmiş uğursuz datinq təcrübələrindən, travmalarından musiqi yoluna çıxıb.
“Fərqi yoxdur, kuirlər, translar, plus ölçülü insanlar, “müxtəlif” dəri rənginə sahib insanların hamısı fetişləşdirilir və yataqda təcrübə olaraq istifadə edilir,” - deyə Charles bildirib.
Bu yaxınlarda təqdim olunan "Can We Just Be Friends" mahnısının musiqi videosu, özünə yönəlmiş qaranlıq bir balladadır və aydın şəkildə heç vaxt baş verməyəcək bir şeyi istəməyin problemli, dövri fantaziyanı təsvir edir.
Jamesin, elə Azərbaycandada bir çox kuirin zəif nöqtəsi olan - heç vaxt baş tutmamış cis-hetero sevgisi, gənclik sevgisi, seks obyekti kimi görülmə və münasibətdə tənhalıq dolu yeni klipinə baxaq!
Müəllif: Aleks Şah
Powered by Froala Editor