İstanbulda transfobik hücum

İstanbul Trans Qürur Həftəsinin verdiyi məlumata görə, Bakırköydə hücuma məruz qalan trans qadın Yaşam saxlanılaraq, gecəni polis məntəqəsində keçirib. 

Komitə öz bəyanatında “Biz sizə transları hədəf almağa icazə verməyəcəyik” deyib.

Trans Qürur Həftəsi avqustun 14-də 17 yaşlı bıçaqlı hücumçunun trans qadını hədəf aldığını açıqlayıb. İstanbul Trans Qürur Həftəsinin verdiyi məlumata görə, İstanbulun Bakırköy ərazisində hücuma məruz qalan trans qadın Yaşam saxlanılaraq, gecəni polis məntəqəsində keçirib. 

Bıçaqla hücum edən şəxs saxlanılmayıb. İstanbul Trans Qürur Həftəsi sosial media hesablarından verdiyi açıqlamada həbs tələbi ilə məhkəməyə sövq edilən Yaşamın sərbəst buraxıldığını açıqlayıb. 

Powered by Froala Editor