Mark Ceykobs və Çarli Defranseskonun toyu

Məhşur moda dizayneri Mark Ceykobs və model nişanlısı Çarli Defransesko keçən il aprel ayında Nyu York şəhərində yerləşən Chipotle restoranlarının birində nişanlanmışdılar. Mark Çarlinin qarşısında diz çökərək ona üzüyü təqdim etmiş və Çarli "hə" deyəndən sonra dostları flaşmob edərək rəqs etmişdilər. 

Həmin gündən düz bir il sonra, bu il Aprelin 8-i Mark və Çarli öz toyları ilə gündəmə gəldilər. Toyun özündən ziyadə toya dəvət olunan qonaqlar hər kəsin diqqətini çəkmişdi. Toyda moda dünyasının ən tanınmış simaları qonaq qismində iştirak edirdilər. Toy Nyu York şəhərində The Grill restoranında baş tutub. Toydan olan görüntüləri sizə təqdim edirik.

Mənbə: Vogue