Robert De Niro gey oğlu haqqında
Məhşur Hollivud aktyoru Robert De Niro öz müsahibəsində gey oölu haqqında danışıb.
10/Jan/19
26329
"Bəli mən narahatam, çünki
övladlarımdan biri geydir"
Robert De Niro bir çoxlarına Godfather və Taxi Driver filmlərindən tanışdır. Onun adı həmçinin tez-tez emosional çıxışlarla da hallanır.
İki dəfə Oscar qalibi olmuş aktyor, bu yaxınlarda Guardian qəzetinə müsahibəsi zamanı ABŞ prezidenti Donald Trampın siyasətinin insanlar üçün necə təhlükəli olduğundan və bundan hədsiz dərəcədə narahatçılıq keçirdiyindən danışıb.
O, müsahibəsində "Bəli mən narahatam, çünki övladlarımdan biri geydir və o, özünə qarşı müəyyən (neqativ) davranışlardan qorxur. Biz bu haqda çox danışırıq." deyib.
O 4 oğlundan hansının gey olduğunu qeyd etməsə də bu haqda açıq danışmağı çox xoş qarşılanıb.
Həmçinin, xatırladaq ki, 2014-cü ildə atasının həyatından bəhs edən sənədli filmdə onun homoseksual olduğunu demişdi. " Mən indi anlayıram ki, bu, onun üçün necə çətin idi. Daxili konfliktləri var idi. Mən onun oğluyam, bu haqda ətraflı biləcək axırıncı insanam."