AB Gürcüstanın üzvlük prosesini faktiki olaraq dayandırıb
AB-nin icraedici orqanı olan Avropa Komissiyası oktyabrın 30-da Gürcüstanla bağlı genişlənmə hesabatını dərc edib
02/Nov/24
669
AB Gürcüstanın üzvlük prosesini faktiki olaraq dayandırıb
Avropa Komissiyası genişlənmə hesabatında Gürcüstanın AB-yə inteqrasiya prosesinin faktiki olaraq dayandırılmasının səbəbinin ölkədə qəbul edilən anti-LGBTİ+ və “Xarici agent qanunu” olduğunu bildirib.
AB-nin icraedici orqanı olan Avropa Komissiyası oktyabrın 30-da Gürcüstanla bağlı genişlənmə hesabatını dərc edib. Komissiya öz hesabatında bildirib ki, Gürcüstan Arzusu Partiyası seçkilərdə qalib gəldikdən sonra Gürcüstan kursunu dəyişməsə, AB-yə üzvlük danışıqlarına başlamağı tövsiyə etməyəcək.
The Guardian xəbər portalında yayılan xəbərə görə, keçən il Gürcüstana AB-yə namizəd statusunun verilməsini tövsiyə edən Avropa Komissiyası bildirib ki, Gürcüstanın AB-yə üzvlük prosesinin faktiki olaraq dayandırılmasının səbəbi bu yaxınlarda qəbul edilmiş anti-LGBTİ+ və “Xarici agent qanunu” olub.
Powered by Froala Editor