LGBTİ+ fəallarını deportasiya təhlükəsi gözləyir
Noyabrın 25-də saxlanılan LGBTİ+ fəallarını deportasiya təhlükəsi gözləyir
26/Nov/24
64
Noyabrın 25-də saxlanılan LGBTİ+ fəallarını deportasiya təhlükəsi gözləyir
25 Kasım Kadın Platforması dünən saxlanılan azərbaycanlı aktivistlər Əli Məlikov və Pərvin Ələkbərovun bu gün Vatan Polisin şübəsindən Arnavutköy Repatriasiya Mərkəzinə aparılacağını açıqlayıb. Bu barədə Kaos GL məlumat verib.
25 Kasım Kadın Platforması dünən İstanbulda keçirilən Qadınlara Qarşı Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günündə saxlanılan LGBTİ+ fəalları Əli Məlikov və Pərvin Ələkbərovun deportasiya təhlükəsi ilə üzləşdiyini açıqlayıb. Platformadan bildirilib ki, Məlikov və Ələkbərovun bu gün Vatan Polisin şöbəsindən Arnavutköy Repatriasiya Mərkəzinə aparılacağı barədə məlumat verilib.
Məlikov və Ələkbərovun dostu Nina Babazadə Etkin İnformasiya Agentliyinə danışıb.
Babazadə: "Əli Azərbaycanda LGBTİ+ fəalı idi. Bura gəlməli idi. Həbs riski var idi. O da burada tələbədir. Pərvin də yaşamaq üçün müraciət edib, amma hələ ki, cavab almayıb", - deyə bildirib.
Babazadə Məlikov və Ələkbərovun hələ yürüş başlamadan Şişhane meydanında saxlanıldığını bildirərək deyib: "Dünən çox qısa bir telefon danışığımız oldu. Əlləri arxadan qandallandı, aparılarkən döyüldülər. Saxlanılarkən də zorakılığa məruz qaldılar. Əli xəstədir, dərmanlarını istədi, amma vermədilər."
Babazadə bildirib ki, Məlikov və Ələkbərov bu gün Geri Göndərmə Mərkəzinə aparılacaqlar və iki gün orada saxlanılacaqlar, sonra məhkəməyə çıxarılacaqlar.
Powered by Froala Editor