Yaponiyada ibtidai məktəblər üçün ilk LGBT dərslikləri
Məktəblər gələn ilin yazından onları istifadə etməyə başlaya bilər
28/Mar/19
6703
Yaponiyada ibtidai məktəb dərsliklərinin nəşriyyatçıları LGBT haqda məlumatları kitabların son nəşrlərinə daxil etdilər.
NHK xəbər portalının məlumatına görə, hökumət tərəfindən akkreditasiya olunmuş beş nəşriyyatçıdan ikisi seksuallıq və gender kimliyinə dair məzmunu nəşrlərinə daxil edib.
Kitablarda insanlara öz cinsindən olan insanların cəlbedici gələ bilməsi haqqında öyrədilir.
Onlar həmçinin fərqli gender kimliklərinə necə hörmət edilməli olduğunu izah edirlər.
2017-ci ildə Yaponiyada hazırlanan lisey dərsliklərinə LGBT haqqında məlumatlar daxil edilmişdir. Orta məktəb dərsliklərinə isə məlumatların daxil edilməsi 2018-ci ildən başlamışdır.
Human Rights Watch-a görə, Yaponiyanın rəsmi tədris proqramında: “Yetkinlik yaşına çatdıqda ... gənclər qarşı cinsə maraq göstərir”, - deyə qeyd olunub.
2017-ci ildə hökumət bu təlimatları yeniləməyi rədd etdi. Hökumət: “LGBTİ inklüziv təhsil “çətindir”, çünki ictimaiyyət və qəyyumlar hələ bu mövzunu qəbul etmir", - deyə rədd cavabında bildirişdi.
Vaseda Universitetinin professoru Masayuki Tanamura NHK-ya yeni dərs kitablarının "təməlqoyma" olduğunu bildirdi. Masayuki Tanamura bunu həm də LGBTİ məlumatlanması istiqamətində "ilk addım" adlandırıb.