Həft sin: Giorgi Kikonishvili ilə müsahibə
Həft-sin: Kuir aktivist Giorqi Kikonişvili Gürcüstanda LGBTQİ+ hüquqlarının məhdudlaşdırılmasına qarşı çıxır
02/Dec/24
126
Həft-sin: Kuir aktivist Giorqi Kikonişvili Gürcüstanda LGBTQİ+ hüquqlarının məhdudlaşdırılmasına qarşı çıxır
Müəllif: Sevgi İsmayılbəyli
Gürcüstan yaxın vaxtlarda LGBTQİ+ hüquqlarını məhdudlaşdıracaq və eynicinsli münasibətlərin ictimai qeyd olunmasını qadağan edəcək yeni sərt qaydaları tətbiq edə bilər, əgər ölkənin hakim partiyası tərəfindən təqdim olunan yeni qanun layihəsi qəbul olunarsa. Hakim Gürcü Arzusu partiyası tərəfindən irəli sürülən qanun layihəsi insanların gender adaptasiyasını qadağan etməklə yanaşı, eynicinsli cütlüklərin uşaq övladlığa götürməsini də qadağan etməyi nəzərdə tutur. İyun ayının 27-də parlament çoxluğu əsas qanun layihəsi olan “Ailə Dəyərlərinin və Yetkinlik Yaşına Çatmayanların Müdafiəsi” və Gürcüstanın müxtəlif qanunlarına 18 əlaqəli düzəlişlərdən ibarət anti-LGBTQİ+ qanun paketini ilk oxunuşda qəbul etdi. Gürcü kuir aktivist Giorqi Kikonişvili bu mövzuda suallarımızı cavablandıracaq. Giorqi Kikonişvili Tbilisidən olan kuir aktivistdir. O, kuir sənətçilərin və aktivistlərin birliyi olan Creative Collective Spectrum-un həmtəsisçisidir. O, həmçinin Bassiani klubunda iki kuir partinin – Hydrash Collective və Wings of Desire-in həmtəsisçisidir. O, Gürcüstandakı ən böyük LGBTQİ+ təşkilatı olan Bərabərlik Hərəkatının həmtəsisçisidir. Sevgi İsmayılbəyli Giroqi ilə Gürcüstanda nəzərdən keçirilən yeni anti-LGBTQİ+ qanunvericiliyinin mümkün təsirləri haqqında danışır. Onlar bu qanunvericiliyin nəticələrini, LGBTQİ+ icması üçün yaratdığı çətinlikləri və qanun layihəsi qəbul olunsa, təkcə Gürcüstanda deyil, həm də regionda daha geniş ictimai və siyasi nəticələri müzakirə edirlər.
Anti-LGBTQİ+ qanunu nədir?
Gürcüstan hökuməti LGBTQİ+ qanununu qəbul edir, bunu “ailə dəyərləri” adlandırırlar. Bu, şübhəsiz ki, Rusiyanın oxşar qanunundan kopyalanıb. Əgər onlar bu qanunu qəbul etsələr, Gürcüstanda hər hansı bir ictimai müzakirə, debat və ya ifadə tamamilə qadağan ediləcək. Filmlərdə, kitablarda, TV-də, mətbuatda... Hər yerdə. Bu qanunu ilk dəfə təqdim etdikləri zaman qanunu pozmaq halında maliyyə cərimələri olacağını söylədilər. İndi isə 3-6 il həbs cəzası veriləcəyini deyirlər. Sizdən pul ödəmənizi tələb edə bilərlər və ya həbsxanaya göndərə bilərlər. Belə deyirlər. Hazırda nə bilirik? Bu qanunu qəbul etmək onlar üçün çox çətin olacaq. Onlara konstitusion çoxluq lazımdır, bu isə onlarda yoxdur. Artıq bu qanunun birinci oxunuşu baş tutub, indi isə deyirlər ki, ikinci oxunuş sentyabrda olacaq və yəqin ki, son oxunuş seçkilərdən sonra olacaq.
Bu qanunu qəbul etmək üçün konstitusiyada nəyi dəyişməlidirlər?
Gürcüstan Konstitusiyasında yazılıb ki, bu ölkənin hər bir vətəndaşı bir-birinə bərabərdir və onların hüquqları bərabər olmalıdır. Yəni diskriminasiya olmamalıdır. Bu qanun, əslində LGBTQİ+ icmasını diskriminasiya edir. Bu, konstitusiyaya qarşı çıxır. Çünki əgər deyirsiniz ki, biz bərabər hüquqlara sahibik, necə kuir insanlara öz məsələlərini müzakirə etməyi qadağan edərsiniz? Bu qanun konstitusiyaya qarşı çıxır. Onlar konstitusiyanın bu hissəsini dəyişməlidirlər. Və onlar diskriminasiya əleyhinə qanunu aradan qaldırmalıdırlar. Bizdə hər cür diskriminasiya əleyhinə olan qanun var. Onlar bir çox dəyişikliklər etməlidirlər.
Niyə düşünürsünüz ki, bu qanunu irəli sürdülər? Onların məqsədi nədir?
Gürcüstan hökumətinin ümumilikdə nə etdiyini başa düşmək çətindir. Eyni şey Rusiya Xarici Agentlər Qanunu ilə bağlıdır. Niyə bunu etdilər? Çünki cəmiyyəti nəzarət altında saxlamaq istəyirlər və ya Rusiyadan təzyiq altında olurlar, ya da hər ikisi. Gürcüstan Avropa Birliyinə namizəddir. Onlar inteqrasiya prosesini sabotaj etmək istəyirlər. Demokratiya üçün yaxşı olacaq yeni islahatlar başlatmaq əvəzinə, Gürcüstanın inkişafı prosesini birbaşa sabotaj edən hər şeyi etdilər. Bir çox səbəb ola bilər. Seçkilərdən əvvəl cəmiyyətin mühafizəkar hissəsini qazanmağa çalışırlar.
Bu qanun sizə necə təsir edəcək?
Bu, həyatımızın bütün hissələrinə təsir edəcək. Çünki cəmiyyətdə mövcud olmaq, bütün duyğularınız, hisləriniz, düşüncələriniz, ifadələriniz ilə mövcud olmaq deməkdir. Əgər cəmiyyətin tam bir hissəsi olmaq istəyirsinizsə, özünüzü ifadə etməlisiniz. Tutaq ki, mənim sevgilim var və mən sevgilim haqqında danışıram, ya da mən yazıçıyam və eynicinsli sevgi haqqında yazmaq istəyirəm və s., və əlbəttə ki, ifadə azadlığı cəmiyyətin normal bir hissəsidir. İşimiz əsasən LGBTQİ+ məsələləri ilə bağlıdır. Bar, gecə klubları, partilər, kuir incəsənət qalereyası və s. Biz bu yaxınlarda Gürcü kuir incəsənətinin 100 illiyi haqqında bir kitab dərc etdik. Həyatımızın böyük bir hissəsi LGBTQİ+ məsələləri ilə bağlıdır. Və bütün bunlar yox olacaq. Özünüzü düzgün şəkildə ifadə etmək mümkün olmayacaq. Hər şey Sovet dövründəki kimi olacaq. Seksuallıq cinayət sayılırdı, heç kim bu haqda danışmırdı, əgər kimsə bu haqda danışmaq istəsəydi, birbaşa həbsxanaya göndərilirdi.
Gürcüstana təhlükəsizlik üçün gələn bir çox insan var. Bu, regiona necə təsir edəcək?
On illərdir ki, Gürcüstan Qafqazda ən demokratik ölkə olub. Amma indi burada baş verənləri bir problem olaraq görürəm. Mən əminəm ki, Gürcüstan cəmiyyəti seçkilərdə öz sözünü deyəcək. Gürcüstan cəmiyyəti artıq böyük müqavimət göstərdi, xüsusilə, aprel ayından bəri Rusiya qanununa qarşı. Mən 36 yaşındayam, Gürcüstanda belə böyük bir nümayişin keçirildiyini heç vaxt görməmişəm. Mən Rustaveli prospektinin hər gecə fasiləsiz olaraq üç ay bağlandığını heç vaxt görməmişəm. Bu, çox böyük bir qəzəb deməkdir. Bizim region çox sabit deyil. Hələ də Gürcüstan demokratiya yaddaşına malik deyil. Hələ də kövrəkdir. Əgər biz bu Rusiya qanununu və anti-LGBTQİ+ qanununu aradan qaldıra bilməsək, düşünürəm ki, bu, bütün region üçün çox ümidsiz vəziyyət olacaq. Əgər Gürcüstan bunu edə bilməsə, onda regionda kim edə bilər? Biz hamımız ölkəni tərk etməli ola bilərik, hər şeyi nəzərə almalıyıq.
Əgər onlar bu qanunu qəbul etsələr, gələcək üçün planınız nədir?
Gələcək haqqında danışmaq çox çətindir. Çünki hər şey çox qeyri-müəyyəndir. Dürüstcə desəm, heç vaxt Gürcüstan hökumətinin bunu edəcəyini gözləməzdim. Mən Gürcüstan hökumətlərinin həyatımda çox dağıdıcı işlər gördüyünü görmüşəm, amma həmişə bəzi məhdudiyyətlər var idi. Bu mənim üçün və məncə, icmanın qalan hissəsi üçün də çox gözlənilməz bir şey idi. İndi konkret planlarım yoxdur, amma Gürcüstanda bəzən işlər plansız gedir. Sabah yuxudan oyanıb, Gürcüstanda bir inqilabın baş verdiyini görə bilərik. Baş verəcək hadisələri həqiqətən ölçmək mümkün deyil. Mən əminəm ki, biz təslim olmayacağıq. Əgər onlar bu qanunu qəbul etməyə çalışsalar, mübarizə olacaq.
Gələcək seçkilərdən gözləntiləriniz nədir?
Ümidim var, çünki mən Gürcüstan insanlarını tanıyıram. Mən Gürcüstan cəmiyyətini tanıyıram. Əgər onlar bu qanunu 10-15 il əvvəl qəbul etmək istəsəydilər, bu onlar üçün daha asan olardı. Amma indi burada böyük bir icmamız var. Bizdə çoxlu paylaşılan hisslər var, bütün həyatımızı birlikdə paylaşıq. Bu, qırılması çətin olan bir bağdır. Hökumət son illərdə cəmiyyətin mədəni inkişafını qiymətləndirmir.
Powered by Froala Editor