Taylandda nikah bərabərliyi qanunu qüvvəyə minir
Taylandda nikah bərabərliyi qanunu yanvarın 22-dən qüvvəyə minəcək
03/Jan/25
852
Taylandda nikah bərabərliyi qanunu yanvarın 22-dən qüvvəyə minəcək
Qanunun qüvvəyə minməsi ilə Tailand Cənub-Şərqi Asiyada eynicinsli cütlüklərə evlilik hüququ verən ilk ölkə olacaq.
Taylandda 2024-cü il iyunun 15-də qəbul edilən nikah bərabərliyi qanunu yanvarın 22-də qüvvəyə minəcək. Tailand parlamentinin qəbul etdiyi qanunun qüvvəyə minməsi ilə ölkə Cənub-Şərqi Asiyada eynicinsli cütlüklərə evlilik hüququ verən ilk ölkə olacaq.
Qanun ölkənin Mülki Məcəlləsinə dəyişiklik edir və eynicinsli nikahda olan cütlüklərin qanuni, tibbi və maliyyə hüquqlarına, habelə vərəsəlik və övladlığa götürmə hüquqlarına malik olmasını təmin edir. Yeni qanun həm də rəsmi sənədlərdə ikili dildən deyil, gender-neytral dildən istifadə etməyi tələb edir.
Baş nazir Srettha Thavisin qanunun qəbulunu Tailand üçün "vacib addım" kimi qiymətləndirib. “Tayland cəmiyyətində bərabərlik və ədalətin konkretləşdiyini” ifadə edən Thavisin, hökumətin LGBTQİ+ cütlüklər üçün bərabər hüquqlara sadiqliyini vurğulayıb.
Powered by Froala Editor